Futzal
Mahal Məmmədov: "Vətən müharibəsinin iştirakçısı olmağımla fəxr edirəm"
"30 ilə yaxın idi xalq olaraq bu qələbəni gözləyirdik. Nəticədə müstəqillik tariximizdə ilk zəfər paradımızı keçirdik. Şanlı tariximizin yazıldığı Vətən müharibəsinin iştirakçısı olmağımla fəxr edirəm. Çətin günlərdə dəstəyini əsirgəməyən dostlara təşəkkürümü bildirirəm".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədov 44 günlük Vətən müharibəsində iştirakı və qazanılan qələbə barədə danışarkən deyib.
Qismən səfərbərlik elan ediləndən sonra hərbi xidmətə çağırılan baş leytenant bildirib ki, bu zəfər xalqın Ali Baş Komandanın ətrafında sıx birliyinin nəticəsidir: "Artıq fəxrlə qalib Ordumuzun olduğunu deyə bilərik. Cənab Prezidentin başlatdığı "Qarabağ Azərbaycandır!" şüarı reallaşdı. Bu torpaq üzərində gəzdiyimizə görə hər zaman şəhidlərə və sağlamlığını itirmiş qazilərə borcluyuq. Həqiqətən də zəfərə gedən yolda ön cəbhə qədər arxa cəbhədə çalışanların da rolu danılmazdır. 90-cı illərin əvvəlində yaşanmış iqtisadi çətinliklərin şahidi olmadıq. Bu da ölkəmizin bütün sahələrdəki gücünü göstərir. Qələbəmiz mübarək! Bunun sevincini doyunca yaşamalıyıq".
Müharibə vaxtı Ağdamda xidmət edən zabit müdafiə xəttində yer aldıqlarını söyləyib: "Futbol dili ilə desək, müdafiədə diqqətli olmalı, rəqibin hücumlarını zərərsizləşdirməliydik ki, ön xətdəki məhsuldarlığımız bizi qələbəyə daşısın. 44 gün ərzində düşmən Ağdamdakı müdafiə zolağını yarmaq üçün dəfələrlə hücuma keçdi. Amma inamlı və cəsarətli çıxışımız düşməni məyus edirdi. Onu da qeyd edim ki, bu istiqamətdən də hücumumuz planlaşdırılmışdı. Yəni heç kim Ağdamda döyüşlərin getmədiyini düşünməsin".
İlham Əliyevin Sərəncamı ilə "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunan federasiya rəsmisi buna görə ölkə başçısına təşəkkür edib: "Hər bir mükafat əzizdir. Çünki onu əziyyətlə qazanırsan. Cənab prezidentə təşəkkür edirəm. Vaxt var idi, II Dünya müharibəsi iştirakçılarına sinələrində daşıdıqları medallara görə həsəd aparırdıq. Amma indi bizim də sinəmizi bəzəyəcək medallarımız var. Ağdamda doğulmasam da, özümü bu rayonun fəxri vətəndaşı hesab edirəm".
Sevimli peşəsi üçün darıxdığını deyən Məmmədov tezliklə işinin başına dönəcəyini vurğulayıb: "Pandemiya ilə əlaqədar zallar bağlıdır və nəticədə federasiya işini tam gücü ilə icra edə bilmir. Mətbuat xidmətinə gəldikdə, mümkün qədər işləri axsatmamağa çalışırdıq. Amma xidmətdə olduğum üçün gecikmələr var idi. Artıq təxris olundum. Qısamüddətli istirahətdən sonra çox darıxdığım işimin başına keçəcəyəm. Sizə də göstərdiyiniz diqqətə görə təşəkkür edirəm".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
-
13:12
"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşdi
-
12:53
Təsdiqləndi: Elçin Məsiyev “Turan-Tovuz”un qapısına penaltini səhv verib VİDEO
-
12:37
Rodriges milli ilə vidalaşdı
-
12:08
“Turan Tovuz” - “Zirə” oyununun biletləri satışa çıxarılıb
-
11:45
"Neftçi" Qəbələ səfərinə hazırlaşır FOTOLENT
-
11:26
"Lans" baş məşqçisi ilə yolları ayırdı
-
10:54
Ronaldonun komandası darmadağın oldu VİDEO
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:19
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
-
10:02
Mahir oynadı, komandası uduzdu
-
09:43
"Real"dan çətin qələbə VİDEO
-
09:20
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
17:42
Simon Banzanın yeni klubu bilindi
-
17:05
Azərbaycan - Tacikistan oyununun hakimləri müəyyənləşib
-
16:26
"Naxçıvan"dan növbəti transfer
-
15:39
AFFA I Liqanın 7 klubunu cərimələdi
-
15:13
Çempionlar Liqasının finallarını bu şəhərlər qəbul edəcək
-
14:58
"Araz-Naxçıvan"ı millinin bazasına çevirmək istəyirik"
-
14:44
Astana UEFA Superkuboku matçına ev sahibliyi edəcək
-
14:21
"Zirə" legionerini "Karvan-Yevlax"a icarəyə verdi
-
14:00
AFFA "Kəpəz"i cərimələdi
-
13:37
Azərbaycandan ayrıldı, Kipr klubuna keçdi
-
13:02
“Araz-Naxçıvan”dan yubiley qolu
-
12:55
“Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
12:16
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
-
11:49
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:08
Cəlal oynadı, komandası 1 xal qazandı
-
10:54
"İnter" - "Udineze" matçında 8 qol VİDEO
-
10:31
Abdullazadənin komandası darmadağın oldu
-
10:17
"Roma" 4-də 4 etdi VİDEO
-
10:00
Şeydayevin komandasından əzmkar qələbə
-
00:42
“Fənərbaxça” səfərdə xal itirdi VİDEO
-
20:39
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
19:47
Elvin Camalov “Neftçi”dən getdi
-
18:20
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
-
17:51
Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırıb
-
17:16
Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
-
17:03
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
-
16:42
Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar
-
16:34
Cenk Sümer: “O, bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!”
-
16:25
“Neftçi” Emil Səfərovla yeni müqavilə imzaladı
-
15:58
"Gəncə"də yeni müqavilə
-
15:37
“Araz-Naxçıvan”ın oyunlarının keçiriləcəyi məkan dəqiqləşib
-
15:19
Hidayət Heydərovun dünya çempionatında iştirakı məşqçilərin qərarından asılı olacaq
-
15:00
Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
-
14:26
"Naxçıvan"dan yeni transfer
-
13:51
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
-
13:33
PSJ "Brest"dən üstün oldu VİDEO
-
13:02
"İmişli"dən "Şəfa"ya
16.09.2026
15.09.2026
14.09.2026
























