Futzal
Millimizin qapıçısı: "Qrupun favoriti Azərbaycandır"
“Birinci, Yunanıstan - Türkiyə cütü barədə danışaq. Mənə elə gəlir ki, rəqibimiz Yunanıstan olacaq. Çünki Türkiyədə futzal o qədər də inkişaf etməyib. Yunanıstanda isə bir az inkişaf var. Hətta orada əcnəbi məşqçilər də çalışır. Ona görə də Ellada təmsilçisinin bizim qrupa düşməsi daha inandırıcıdır”.
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri “Report”a açıqlamasında futzal üzrə Azərbaycan millisinin oyunçusu Rövşən Hüseynli 2022-ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
29 yaşlı qapıçı digər rəqiblərin çox tanış komandalardan ibarət olduğunu bildirib. O deyib ki, Slovakiya son vaxtlar Azərbaycan üçün əzbər tanıdığı komandaya çevrilib: “Elit-raund çərçivəsində Bakıya da gəlmişdilər. Slovakiya ilə oyun mənim üçün daha fərqlidir. Çünki yığmada ilk rəsmi matçımı bu kollektivə qarşı keçirmişəm. Bakıdakı qarşılaşmada tam fərqli konsentrasiya var idi. Onları 2:0 hesabı ilə məğlub edə bildik. Daha sonra fevralda yenidən qarşılaşdıq və görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşdı. Bəlkə də bu nəticə başqa fikirlər formalaşdıra bilər. Amma həmin vaxt qrupda vəziyyətimiz tam fərqli idi. Kefimiz yerində deyildi”.
Təcrübəli qolkiperin sözlərinə görə, qrupun favoriti Azərbaycan millisidir. Lakin o, indidən iddialı danışmağın bir qədər çətin olduğunu əlavə edib: "Altı aydır evdəyik, necə olacağını bilmirik. Karantin bu ayın sonunadək uzadılıb. Keçmiş oyunları nəzərə alsaq, favorit bizik. Bununla belə, indi zəif komanda yoxdur. Hamı öz üzərində işləyir. Dəfələrlə Moldova yığması ilə qarşılaşıb onları məğlub etmişik. Səhv etmirəmsə, sonuncu seçmə mərhələdə də bizimlə eyni qrupda idilər. Amma daim inkişaf edirlər, çempionatları davam edir. Bizdə isə sakitçilikdir”.
Hüseynli oyunların harada keçiriləcəyinin hələ bilinmədiyini də vurğulayıb: “Sistem dəyişib, yığmalar bir ölkədə yığışmırlar. Matçlar müxtəlif vaxtlarda olacaq. Yeni sistemdə bir az fərqlidir. Qrupun oyunları əvvəllər dörd ölkədən birində olurdu. Bu dəfə belə deyil. Böyük futboldakı kimi, oyunlarımızdan birini səfərdə, digərini evdə keçirəcəyik. Üstünlüklərimizdən biri odur ki, millimizdə çıxış edən legionerlər öz klublarında məşq edir, oyun keçirirlər. Onlar formada olacaqlar. Bizə də bu lazımdır ki, yığmaya çağırılanlar öz üzərilərində işləsinlər”.
Qeyd edək ki, Azərbaycan yığması Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibi ilə 3-cü qrupda mübarizə aparacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
13:16
İrina Zaretska Avstriyada qızıl medal qazanıb
-
13:00
Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"
-
12:28
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
12:04
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
11:47
Anastasiya Abramovanı “Tümen”i “Gəncə”yə dəyişdi
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
-
10:29
Mahir Məmmədov FIDE prezidenti ilə görüşüb
-
10:13
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
09:52
Edqar U-21 yığmasına qoşuldu
-
09:30
Dünya çempionatı: Daha dörd cüdoçusu mübarizəyə başlayır
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
05.10.2026
04.10.2026
03.10.2026
























