Futzal
"Koronavirusla mübarizədə xalqa xidmət edirəm"
Koronavirusa qarşı mübarizənin ön cərgəsində olan futzal üzrə “Baku Fire” klubunun üzvü və çimərlik futbolu üzrə Azərbaycan millisinin kapitanı Asif Zeynalov azfutzal.az-ın suallarını cavablandırıb. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- COVID-19 pandemiyası ilə əlaqədar bir aydan artıqdır ki, futzal üzrə olkə çempionat dayandırılıb. Parketdən kənarda özünüzü necə hiss edirsiniz?
- Əlbəttə, hazırkı vəziyyət peşəkar idmançı üçün çətindir. Həm parket, həm də qum üçün darıxmışam. Amma insan sağlamlığı hər şeydən vacibdir. Biz də ilk növbədə, özümüzün və ətrafımızın sağlamlığını qorumaq üçün tələblərə riayət etməliyik.
- Formada qalmaq üçün nə edirsiniz?
- Çalışıram ki, fərdi məşqlərlə formamı qoruyum. Aydın məsələdir ki, kollektiv və zalda hazırlıqla evdə fərdi məşq etmək eyni effekti vermir. Lakin mövcud situasiyadan çıxış yolu tapmalıyıq.
- Baş məsqçiniz evdə hazırlıq keçmək üçün xüsusi məşq planı verib?
- Hazırda həm futzal üzrə “Baku Fire” klubunun, həm də çimərlik futbolu üzrə Azərbaycan millisinin üzvüyəm. Çimərlik futbolu üzrə millinin baş məşqçisi Zeynal Zeynalov, eləcə də “Baku Fire” klubun baş məşqçisi Teymur Eyvazov karantin günlərində evdə məşq etmək üçün proqram veriblər. Fitnes çalışmalarla həm artıq çəki almıram, həm də tonusda qalmağa çalışıram.
- Siz həm də Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı kimi karantin müddətində əksər idmançılardan fərqli olaraq ön cəbhədə mübarizə aparanlardansınız...
- Bəli, həm peşəkar idmançıyam, həm də FHN-in əməkdaşıyam. Öz peşəmlə fəxr edirəm, həvəslə işimi icra edirəm. Bu gün dünyanın bütün ölkələrində, o cümlədən, Azərbaycanda da COVID-19 pandemiyasının qarşısının alınması üçün müxtəlif tədbirlər görülür. Hazırkı göstəricilərə diqqət yetirsək, dövlət başçısının vaxtında atdığı düzgün addımlar sayəsində bu gün ölkəmizdə bu virusa yoluxanların sayı azdır. Son günlərdə isə sağalanların göstəricisinin yoluxanları üstələməsi sevindirici məqamdır. Bu çətin günlərdə biz də müəyyən tapşırıqlar almışıq və bütün təhlükəsizlik tədbirlərinə əmək etmək şərti ilə onları maksimum yerinə yetirməyə çalışırıq. Əlbəttə, çətin məqamlarda xalqıma köməyim dəyirsə, bununla ancaq fəxr edə bilərəm.
- İdmançı formasında görməyə alışdığımız Asif Zeynalovun bu gün yeni geyimlərdə xidmət aparması çətin deyil?
- Həm idmançı, həm də FHN əməkdaşı kimi ölkəmə xidmət edirəm. Bu qürurverici hisslər fonunda xüsusi geyimdə xidmət aparmağın heç bir çətinliyi yoxdur. Əksinə, sevinirik, eyni zamanda məsuliyyətimizi dərk edirik.
- Necə düşünürsünüz: İnsanlarımız tələblərə, qadağalara riayət edirlərmi?
- İnsanlar bütün qadağaların, tələblərin onların sağlamlığı üçün təyin edildiyini anlamalıdır. Ulu öndərimiz Heydər Əliyevin gözəl kəlamı var: "Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır”. Biz də bunu dərk edir və bütün vətəndaşlarımızı karantin qaydalarına əməl etməyə səsləyirik.
- Həm də çimərlik futbolu üzrə millinin üzvüsünüz və bu idman növünün mövsümü başlayır. Qum üzərinə çıxmağa nə dərəcədə hazırsınız?
- Qeyd etdiyim kimi, millinin baş məşqçisi Zeynal Zeynalov fərdi məşqlərlə bağlı proqram verib. Həmin proqrama uyğun hər gün məşqlərimi edirəm. Karantin rejimi başa çatdıqdan sonra kollektiv məşqlərimizi bərpa edəcəyimizə ümid edirəm.
- Qarşıda hansı yarışlar var?
- Millini əvvəlcə Avropa Liqasının, sonra isə Dünya Kubokunun seçmə mərhələ oyunları gözləyir. Təki bu “müharibə” tezliklə başa çatsın və dünyamız əmin-amanlığa qərq olsun. Qum üzərində mübarizə aparmağa hər zaman hazırıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
-
10:53
İtaliya millisindən Bursada 4 qollu qələbə VİDEO
-
10:31
Varkonyinin millidəki debütu təxirə salındı
-
10:17
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
10:02
Puxaçın milliyə qayıdışı uğursuz alındı
-
09:45
“Qarabağ”ın qapıçısı 2 qol buraxsa da, komandası qalib gəldi
-
09:29
Marko Yankoviç İrəvanda qələbəyə sevindi
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
-
10:34
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub
-
10:16
Qeylen Smit Azərbaycan klubuna qayıdıb
-
10:00
Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan milliləri: 5-ci və 16-cı
-
09:48
“D”-də çabalamaqdan yuxuda diksinməyə qədər…
-
09:29
Yeton Bekiri: “Daha yaxşı “Qəbələ” görəcəyik”
-
22:00
Emreli millimizi məğlubiyyətdən xilas etdi VİDEO
-
19:46
“Qəbələ” “Karvan-Yevlax”ın müqavimətini qıra bilmədi
-
18:55
Millimiz Litva ilə heç-heçə etdi
-
18:07
“Araz-Naxçıvan” uduzdu
-
11:41
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
-
11:23
NTD bir neçə basketbolçu ilə yollarını ayırıb
-
10:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:34
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
-
10:19
“Neftçi” hazırlığını davam etdirir
-
10:06
İngiltərə – İspaniya matçında 5 qol VİDEO
-
09:42
Gimnastlarımız dünya çempionatında bürünc medal qazanıblar
-
16:49
Formula 1 Azərbaycan Qran-prisinin qalibi məlum oldu
-
16:00
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
29.09.2026
28.09.2026
27.09.2026
26.09.2026
























