3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Futzal

Joze Alesio: “İlk 10 dəqiqədə komandam sanki oyunda deyildi”

Futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva Özbəkistana 2:3 hesabı ilə uduzduqları oyun barədə danışıb.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı çalışdırıcı 2:3 hesablı yenilgini belə şərh edib:

“İlk 10 dəqiqədə komandam çox sakit idi. Sanki oyunda deyildilər. İlk hissənin tən yarısı geridə qaldıqdan sonra oyuna kökləndilər. Özbəkistan millisi bizə qarşı ikiqat istəkli idilər. Bizdə isə hazırda Yüksək Liqada fasilədi və futzalçıları yenidən formaya salmalıyıq. Əvvəlcədən də dediyim kimi, heyətlə bağlı problemlərimiz var. Bəzi oyunçularımız zədəsini yeni sağaldıb.

Əlbəttə, bu cür oyunlarda nəticədən çox, komandanın hazırlıq vəziyyətini yoxlamaq vacibdir. İndi səhvlərimizi görməliyik ki, rəsmi oyunlarda bunu etməyək. Sabahkı oyuna qədər bunu analiz edəcəyik və bu dəfə fərqli çıxış edəcəyik. Təbii ki, ikinci dəfə məğlub olmaq istəmirik”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31