Futzal
Millimizin üzvü: “Xorvatlarla qarşılaşmanı “açar” hesab etmək olar”
Final mərhələsi 2020-ci ildə Litvada təşkil olunacaq dünya çempionatının elit-raund oyunlarına hazırlığını Bakıda davam etdirən Azərbaycan milli komandası yanvarın 13-dən məşqlərə start verib. Futbolxeber.az saytının məlumatına görə, Özbəkistanla iki yoldaşlıq oyununda gücünü sınayacaq millinin heyətində uzun fasilədən sonra Tofiq Mikayılov da yer alıb. Təcrübəli futzalçının ilə söhbətləşməyimizi zəruri edən məqam da budur.
- Hazırlıq necə gedir?
- Dünəndən məşqlərə başlamışıq. Amma tam heyətlə hazırlıq keçmirik. Çünki ölkə xaricində çıxış edən oyunçular komandaya qoşulmayıblar. Onlar yoldaşlıq oyunlarına qədər gələcəklər. Baş məşqçinin tələblərini yerinə yetirməyə çalışırıq. Çətin qrupda yer almışıq. Reytinq cədvəlində üst sıralarda qərarlaşan Rusiya millisinin gücü hamıya məlumdur. Xorvatiya və Slovakiyanın da nəyə qadir olduğunu bilirik. Təbii ki, rəqiblərimiz də Azərbaycan millisinin gücünə bələddir. Xorvatiyaya məqsədsiz yollanmırıq. Məşqlərdə ciddi hazırlaşırıq ki, yekunda məqsədimizə çataq.
- Uzun fasilədən sonra millinin toplanışına dəvət olundun. Özünü necə hiss edirsən?
- “Marafon” klubuna təşəkkür edirəm ki, neçə ildən sonra məni komandaya dəvət etdi. Millinin baş məşqçisi də çempionat oyunlarını izləyib. Yəqin diqqətini cəlb etmişəm ki, millinin hazırlığına dəvət olunan futzalçıların siyahısına adım salınıb. Heyətdəkilərin də demək olar, hamısı tanıdıqlarımızdır.
- Rəsmi oyunlara qədər Özbəkistan millisi ilə qarşılaşacağıq. Bu iki oyun bizə nə verəcək?
- Bu matçlar elit-raund qarşılaşmlarına hazırlıq üçün keçiriləcək. Hər nə qədər yoldaşlıq görüşü olsa da, oyunla bağlı tapşırıqlar var. Əlbəttə, əhval-ruhiyyəmizin yaxşı olması üçün qələbə qazanmalıyıq. Taktiki tapşırıqlarla, standart vəziyyətlərin yerinə yetirilməsi ilə bağlı baş məşqçinin tapşırıqlarını düzgün icra etməliyik. Komandada hər kəs məsuliyyətini anlayır. Bura niyə toplaşmışıq, məqsədimiz nədir, hamı bilir. Məşqlərdə də görə bilərsiniz ki, millinin uğur qazanması üçün hər kəs gücündən, qabiliyyətindən maksimum faydalanmağa çalışır. Özbəkislarla oyunlarda komandanın rəsmi qarşılaşmalara nə qədər hazır olduğunu müəyyənləşdirmək olacaq.
- Qrupdakı rəqiblərimizi fərqləndirən əsas cəhətlər hansılardır?
- Rusiya millisinin üzvləri fiziki hazırlıq baxımından hər zaman yüksək səviyyədə olublar. Elə ən çətin rəqibimiz də onlar olacaq. Xorvatların heyətində fərdi oyun qabiliyyətinə görə seçilən futzalçılar var. Həm də doğma meydanda oynayacaqlar və çalışacaqlar bu amili lehlərinə çevirsinlər. Slovakiya isə digərləri ilə müqayisədə qrupun zəif komandası hesab edilə bilər, amma təhlükəli rəqibdir. Bizim üçün ən vacib görüş xorvatlarla matçdır. Bu qarşılaşmanı “açar” hesab etmək olar.
- Şansları necə dəyərləndirirsən?
- Rusiyanın gücünü hamı bilir. Reallığı nəzərə alsaq, birinci oyunun nəticəsindən çox şey asılıdır. Xorvatiya ilə görüş bizim üçün finala bərabərdir. Qələbə qazanmalıyıq ki, ən azı pley-off mərhələsinə yaxın olaq. Təbii ki, ora sırf ikinci yeri tutmaq üçün getmirik. Məqsədimiz ən yüksək nəticəni əldə etməkdir. Yenə deyirəm, heyətimizdə yer alan futzalçıların hamısı təcrübəlidirlər. Hər kəs işini bilir. İnanırıq ki, yenidən final mərhələsində Azərbaycan millisi də yer alacaq (azfutzal.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
-
13:29
Millimiz yenə Moldovaya uduzdu
-
13:12
"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşdi
-
12:53
Təsdiqləndi: Elçin Məsiyev “Turan-Tovuz”un qapısına penaltini səhv verib VİDEO
-
12:37
Rodriges milli ilə vidalaşdı
-
12:08
“Turan Tovuz” - “Zirə” oyununun biletləri satışa çıxarılıb
-
11:45
"Neftçi" Qəbələ səfərinə hazırlaşır FOTOLENT
-
11:26
"Lans" baş məşqçisi ilə yolları ayırdı
-
10:54
Ronaldonun komandası darmadağın oldu VİDEO
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:19
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
-
10:02
Mahir oynadı, komandası uduzdu
-
09:43
"Real"dan çətin qələbə VİDEO
-
09:20
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
17:42
Simon Banzanın yeni klubu bilindi
-
17:05
Azərbaycan - Tacikistan oyununun hakimləri müəyyənləşib
-
16:26
"Naxçıvan"dan növbəti transfer
-
15:39
AFFA I Liqanın 7 klubunu cərimələdi
-
15:13
Çempionlar Liqasının finallarını bu şəhərlər qəbul edəcək
-
14:58
"Araz-Naxçıvan"ı millinin bazasına çevirmək istəyirik"
-
14:44
Astana UEFA Superkuboku matçına ev sahibliyi edəcək
-
14:21
"Zirə" legionerini "Karvan-Yevlax"a icarəyə verdi
-
14:00
AFFA "Kəpəz"i cərimələdi
-
13:37
Azərbaycandan ayrıldı, Kipr klubuna keçdi
-
13:02
“Araz-Naxçıvan”dan yubiley qolu
-
12:55
“Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
12:16
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
-
11:49
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:08
Cəlal oynadı, komandası 1 xal qazandı
-
10:54
"İnter" - "Udineze" matçında 8 qol VİDEO
-
10:31
Abdullazadənin komandası darmadağın oldu
-
10:17
"Roma" 4-də 4 etdi VİDEO
-
10:00
Şeydayevin komandasından əzmkar qələbə
-
00:42
“Fənərbaxça” səfərdə xal itirdi VİDEO
-
20:39
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
19:47
Elvin Camalov “Neftçi”dən getdi
-
18:20
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
-
17:51
Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırıb
-
17:16
Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
-
17:03
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
-
16:42
Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar
-
16:34
Cenk Sümer: “O, bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!”
-
16:25
“Neftçi” Emil Səfərovla yeni müqavilə imzaladı
-
15:58
"Gəncə"də yeni müqavilə
-
15:37
“Araz-Naxçıvan”ın oyunlarının keçiriləcəyi məkan dəqiqləşib
-
15:19
Hidayət Heydərovun dünya çempionatında iştirakı məşqçilərin qərarından asılı olacaq
-
15:00
Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
-
14:26
"Naxçıvan"dan yeni transfer
-
13:51
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
-
13:33
PSJ "Brest"dən üstün oldu VİDEO
16.09.2026
15.09.2026
14.09.2026
























