Futzal
Zaur Axundov: “Sonluq baş məşqçinin düşündüyü kimi alındı”
AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov azfutzal.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2020-nin əsas mərhələsi çərçivəsində keçirdiyi oyunları necə dəyərləndiririsiniz?
- Təbii ki, turnirdən əvvəl komandanın qarşısına konkret məqsəd qoyulmuşdu. Bakıda keçirilən oyunları qrup qalibi kimi başa vurmalı idik ki, komanda da bunun öhdəsindən gəldi. Həm futzalçılarımızı, həm də azarkeşlərimizi bu qələbə münasibəti ilə təbrik edirəm. Hər 3 oyun ağır keçdi. Buna baxmayaraq, millimiz qarşıya qoyulan məqsəd nail oldu və elit-raunda vəsiqə qazandı. Noyabrın 7-də elit-raundun püşkü atılacaq. Komandamızın bu mərhələdə də uğurlu çıxışını davam etdirəcəyinə inanırıq. Həm AFFA, həm də Azərbaycan Futzal Federasiyası (AFF) millinin yaxşı hazırlıq keçməsi, oyunlara tam hazır olması üçün lazımi şərait yaradacaq. Əlbəttə, oyunlar zamanı komandada müəyyən çatışmazlıqların olduğunu gördük. Bunun da əsas səbəblərindən biri komanda üzvlərinin bir klubda deyil, müxtəlif ölkələrdə və fərqli klublarda çıxış etməsidir. Nəticədə hər biri fərqli yarışda iştirak edir, fərqli taktika ilə oynayırlar.
AFFA rəhbərliyinə də komandaya yaratdığı şəraitə görə təşəkkür edir, eyni zamanda onları nəticə münasibəti ilə təbrik edirəm. Son 3 ayda millinin intensiv hazırlıq keçməsi, müxtəlif yoldaşlıq oyunlarında və beynəlxalq turnirdə iştirak etməsi üçün şərait yaradıldı. Bu da nəticədə özünü göstərdi.
Bir məsələni də qeyd edim ki, əsas mərhələnin oyunları ölkəmizdə yüksək səviyyədə təşkil olundu. Həm iştirakçı komandalar, həm hakimlər, həm də UEFA nümayəndələri yaradılan şəraiti və təşkilatçılığı yüksək qiymətləndirdilər.
- Maraqlıdır ki, ilk iki oyunda rəqib komanda qapımıza yol tapdı, son oyunda isə buna imkan vermədik. Bunu oyunlara köklənmə, motivasiya ilə bağlamaq olarmı?
- Baş məşqçi hər oyunda fərqli taktikadan istifadə edirdi. Joze Alesio Da Silva təcrübəli mütəxəssisdir və uzun müddətdir ki, ölkəmizdə çalışır. Düzdü, hələ baş məşqçi ilə görüşümüz olmayıb, onun hesabatını dinləməmişəm, amma fikrimcə o, mümkün qədər komandanı itkilərdən qorumağa, əsas gücü sonuncu oyuna saxlamağa çalışırdı. Ona görə də ilk iki oyunda müyyən axsamalar oldu. Ancaq Slovakiya ilə həlledici oyun tam fərqli keçdi və məncə, sonluq baş məşqçinin düşündüyü kimi alındı.
- Alesiodan söz düşmüşkən, onun milli komandadakı taleyi elit-raunddakı nəticədən asılıdır?
- Baş məşqçi ilə 2020-ci il mayın sonuna qədər müqaviləmiz var. O, həm “Araz”ın, həm də milli komandanın baş məşqçidir. Onun işindən həm AFFA, həm də AFF razıdır. Gələcəklə bağlı qərarı mayın sonunda verəcəyik.
- Elit-raund oyunları zamanı heyətlə bağlı dəyişikliklər gözlənilirmi?
- Bununla bağlı baş məşqçi qərar verəcək. O, son 3 oyunu təhlil edib, qərarını bildirəcək. Biz də onun qərarına uyğun hərəkət edəcəyik. Bir neçə oyunçumuz zədəli olduğuna görə, əsas mərhələdə bizə kömək edə bilmədilər. İnanıram ki, elit-raunda qədər onlar sağalacaq və komandamıza kömək edəcək durumda olacaqlar.
- Potensial rəqiblərlə bağlı nə deyə bilərsiniz?
- Artıq əsas mərhələnin oyunları yekunlaşıb və 15 potensial rəqibimiz məlumdur. Bu mərhələdə zəif komanda olmur. Elit-raunda yüksəliblərsə, deməli, güclüdürlər. Komandaların adlarını oxuduqca bütün iddialı millilərin elit-raunda yüksəldiyini görürük. Bizi ağır, gərgin mübarizə gözləyir.
- Millimizin dünya çempionatının final mərhələsinə yüksəlmək potensialını necə qiymətləndirirsiniz?
- DÇ-2016-dakı uğurumuzu təkrarlamaq və yenidən final mərhələsində iştirak etmək istəyirik. Son hazırlıqlar zamanı heyətdə zədə səbəbindən tez-tez dəyişiklər olur. Ancaq baş məşqçinin yaxşı kollektiv formalaşdıracağına və bizi uğura daşıyacağına inanıram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
04.10.2026
03.10.2026
02.10.2026
























