5 Yanvar 2026, Bazar ertəsi
“Qarabağ” hazırlıqlara start verdi
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq

Futzal

Alesio: “Çox yaxşı oynadıq”

Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində İranla keçirilmiş oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva affa.az-a açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, braziliyalı mütəxəssis Rusiya ilə görüşlə müqayisədə yığmamızın bu dəfə daha yaxşı oynadığını bildirib:

“Bu gün çox yaxşı oynadıq. Rəqibimiz son dünya çempionatının bürünc mükafatçısı, reytinq sıralamasında isə üst pillələrdə qərarlaşan komandadır. İlk oyunda ikinci hissəni yaxşı oynamışdıqsa, bu dəfə hər iki hissədəki çıxışımızdan razı qaldım. Narahat edən məqam yaratdığımız imkanları realizə edə bilməməyimizdir. 10 metrlik zərbəni qola çevirə bilmədik, əks-hücumlarda rəqibi azlıqda yaxalasaq da, üstünlüyümüzü hesaba daşıya bilmədik. Buna çox diqqət etməliyik. Rəqib son saniyələrdə qələbə topunu vuramağa yaxın oldu. Hələ görüləcək işlərimiz var”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31