Futzal
Millimizin baş məşqçisi: "Heyətə legionerlər cəlb edəcəyik"
Futzal üzrə Azərbaycan millisi və “Araz”ın baş məşqçi Joze Alesio Da Silva Azərbaycan Futzal Federasiyasının saytına müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, braziliyalı mütəxəssis Yüksək Liqada mövsümün ilk iki dövrəsi, həm komandasının çıxışı, həm rəqiblər, həm də milli barədə fikirlərini açıqlayıb.
- İlk iki dövrə ilə bağlı düşüncələrinizi bilmək istərdik...
- Əvvəlki illərlə müqayisədə oyunçularımın qeyri-sabit çıxış etdiyini vurğulamalıyam. Yaxşı oyunlarımız da oldu, həddindən artıq zəif konsantrasiya olduğumuz qarşılaşmalar da keçirdik. Xüsusilə də “Yasamal” FK və “Xəzər Cənub”la qeydə alınan heç-heçələri qeyd etməliyəm. Hər iki oyunun gedişində hesab 4:1 bizim xeyrimizə olsa da, üstünlüyümüzü sona qədər qoruya bilmədik və rəqiblərin status-kvonu bərpa etməsinə imkan verdik. EKOL-la son oyunumuz isə başqa aləm oldu. Oyuna nəzarət edən tərəf biz olsaq da, qələbə istəyini görmədim. Zəif konsantrasiya, intizamsızlıq yekunda xalsız qalmağımıza gətirib çıxardı. Nə qədər demək olar yersiz foul etməyin, vərəqələrdə ehtiyatlı olun. Qulaq asmayanda sonu belə olur. Bir sözlə, komandada istədiyim sabitlik yoxdur. Qış fasiləsində bununla bağlı düşünməli, işləməliyik.
- Qırmızı vərəqələr də az olmadı. Xüsusilə də elə oyun oldu ki, hər iki qapıçınız cəzalı olduğuna görə, “çərçivə”də Rizvan dayandı. İntizam niyə bu qədər zəif oldu?
- Həqiqətən də intizamla bağlı məsələ çox ciddi problemlər yaratdı bizə. Bunu danmıram. Deyəcəksiz ki, baş məşqçisən, bunun qarşısını niyə almırsan? İstər məşqdə, istər fərdi söhbətlərdə, istərsə də oyun zamanı bununla bağlı nə qədər xəbərdarlıq edirdim. Əsas problem bilirsiz nədir? Heyətimizdə rəqabətin olmamasıdır.
- Buna toxunacaqdıq. Heyətin az olması işinizə çox mane olurdu?
- Heyətimiz kifayət qədər azdır. Əgər futzalçı onu əvəzləyəcək komanda yoldaşının hazır dayandığını, onun nəfəsini hiss etmirsə, meydanda intizamsız olmaqdan belə çəkinməyəcək. Halbuki, məşqçi kimi mənim əsas tələbim intizamla bağlıdır.
- Deməli, heyətdə dəyişikliklərin olacağı qaçılmazdı?
- Olacaq, lazımdır. Bu haqda rəhbərliklə də danışmışam. Yəqin ki, legionerlər cəlb edəcəyik.
- Braziliyalı futzalçılara üstünlük verəcəksiniz?
- Xeyr, iranlı oyunçulardan bir neçəsini komandamıza cəlb edəcəyik.
- Namizədləriniz varmı?
- Var, ancaq heç biri ilə tam anlaşmamışıq. Anlaşma əldə edildikdən sonra adlarını açıqlaya bilərəm.
- Komandadan kimləri göndərmisiniz?
- Elşən İbramxəlilov və Ruzigar İbrahimzadə ilə yollarımızı ayırdıq.
- Hazırlıq planları necədir?
- Dekabrın 26-dakı məşqdən sonra komanda üzvləri istirahətə yollanacaq. Yanvarın 7-də məşqlərimizi bərpa edəcəyik. Məşqlərimizi Bakıda keçirəcəyik.
- Bəs milli ilə bağlı hansı yeniliklər var?
- Apreldə təlim-məşq toplanışına yığışmağı planlaşdırırıq. Ola bilsin, Küveytlə iki yoldaşlıq oyunu keçirək. Bu plan reallaşmasa, Serbiya ilə qarşılaşmağımız mümkündür. Onlar bizimlə oynamaq istəyirlər. Oyunların harda keçiriləcəyini danışacağıq. Sentyabrda isə Rusiyada turnir təşkil ediləcək. Orada iştirakımızla bağlı da şifahi təklif almışıq. Ancaq hələ rəsmi təklif və təsdiq yoxdur. Avqustda da toplanış keçirə bilərik. Yoldaşlıq oyunlarının sayını çoxaltmalıyıq.
- Bəs ilkin mərhələdə çıxış edəcək rəqibləri izləmək fikriniz varmı?
- Mümkündür. Ola bilsin, hansısa qrupun oyunlarına baxım. Moldova və ya Finlandiyanın, digər qrupdan isə Bolqarıstanın şanslı olduğunu düşünürəm.
- Martda U-19 yığmamız da Avropa çempionatının əsas mərhələsində oyunlar keçirəcək. Bu komandanın məşqlərini izləyirsinizmi?
- Bir müddət səhhətimlə əlaqədar məşqləri və oyunları izləyə bilmədim. Yanvardan bir yerdə işləyəcəyik və hazırlıqlara nəzarət edəcəm.
- Noyabr ayında U-19 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki oyun keçirdi və fərqli nəticələr qeydə alındı. Siz bunun səbəbini nə ilə izah edə bilərsiniz?
- Birinci oyunda qələbə qazandıq. İkinci qarşılaşmadakı yenilgi fiziki hazırlıqdan daha çox psixoloji durumla bağlı idi. Onların əksəriyyəti ilk dəfə beynəlxalq oyunda iştirak edirdilər. Üstəlik, intizam və taktiki gedişlərlə bağlı da görüləsi işlər var.
- Qrupdakı rəqiblərin ikisi məlumdur. Mərhələ adlamaq şansları varmı?
- İki komanda növbəti mərhələyə yüksələcək. İlk dəfə keçirilsə də, Sloveniyada, Hollandiyada bu cür komandalar var idi. Ona görə də işləmək lazımdır. Şans hər zaman var. Qalır bundan istifadə etmək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- Berdıyevdən mini master-klass
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
- Futzal millimiz Gürcüstanla qarşılaşacaq
- Futbolumuzun fərsiz övladı
- Cenk Sümer: “Banişevskinin xatirəsini yaşatmaq hər bir “Neftçi”sevərin borcudur”
- “Neftçi” Banişevskinin məzarı önündə
- Kurban Berdıyevdən qələbə şərhi
- Valeh Seyidov yubileyini qolla qeyd etdi
- “Turan Tovuz” Qəbələdə böyük hesablı qələbə qazandı
- Tiaqo Silva: “Turan Tovuz” daha aqressiv və istəkli idi”
-
11:21
Azərbaycan paracüdoçuları Tbilisidə Dünya Kubokunda mübarizə aparacaqlar
-
10:54
Yevgeni Kukseviç: “Onları yoxlamaq istəyirik”
-
10:36
Roderik Miller: “Avrokuboklara çox yaxınıq”
-
10:15
Millimiz apreldə daha iki oyun keçirəcək
-
10:00
Qrizman ABŞ-də nə qədər qazanacaq?
-
09:49
İtaliyalı müdafiəçisi “Barselona”nın hədəfində
-
09:27
Deşamın xələfi Zidan olacaq
-
23:52
İsgəndər Cavadovdan “Dinamo”ya dəstək
-
18:41
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
-
17:00
II Liqada 19-cu tura start verildi
-
14:15
AMADA ilə Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
-
13:37
Orxan Məmmədov: “Sahibkarların minifutbola marağı artıb"
-
12:56
Güləş yığmalarımız mühüm yarışlara hazırlaşır
-
11:28
Boksçularımız Debretsendə 4 medal qazanıblar
-
11:02
"Roma" 3 xalı tək qolla qazandı VİDEO
-
10:49
Breno Almeyda: “Neftçi” olaraq yalnız avrokuboklara fokuslanmışıq”
-
10:13
"İnter" səfərdə xal itirdi VİDEO
-
09:54
Mövsümdə 3-cü, “Neftçi”də 23-cü, tarixdə 110-cu
-
09:31
Madrid derbisini "Real" qazandı VİDEO
-
11:36
Futzal millimizin toplanışına 18 oyunçu dəvət alıb
-
11:19
PSJ-dən 4 qollu qələbə VİDEO
-
11:00
Zamiq Əliyevin komandasından heç-heçə
-
10:43
"Çelsi" "Everton"la bacarmadı VİDEO
-
10:25
Cəlalın komandası səfərdə coşdu
-
10:12
"Bavariya"dan darmadağın VİDEO
-
09:54
Qərəz, yoxsa antipatiya? - YAZI
-
09:37
"Milan" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:36
Axundzadə MLS-də debüt etdi
-
19:23
"Turan Tovuz"dan növbəti qələbə VİDEO
-
18:59
Kurban Berdiyev: “İddialı danışmaq üçün hələ çox tezdir”
-
18:41
Sxadadze: “Məsuliyyətdən qorxmuram”
-
18:17
Mahir keçmiş komandasına qarşı oynadı
-
18:00
“Turan Tovuz”dan vacib qələbə
-
17:22
Hidayət bürünc medal qazandı
-
13:35
Ruan Renato: “Şans verilsə, Azərbaycan millisində oynamağa hazıram”
-
12:48
"Milan"da ciddi itki
-
11:54
“Qarabağ” iki legioneri milliyə dəvət aldı
-
11:23
"Mançester Yunayted" qələbəni əldən verdi VİDEO
-
11:01
Cenk Sümer: “Qara qış keçirdik, önümüzdə artıq bahardır”
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
Dadaşovun komandası lideri məğlub etdi
-
09:37
"Napoli" 3 xalı tək qolla qazandı VİDEO
-
22:42
"Neftçi" "İmişli"ni meydana çıxmağa peşman etdi VİDEO
-
22:00
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
-
21:23
“Qarabağ” uduzdu, “Neftçi”dən darmadağın
-
20:38
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
-
19:09
"Qarabağ" "Kəpəz"ə məğlub oldu VİDEO
-
18:46
Azər Bağırovdan qələbə şərhi
-
18:31
Qurban Qurbanov: “Penalti olduğunu düşünürəm, Rauf Cabbarov da sağ olsun”
-
17:25
“Zirə”dən Ruanda yığmasına
24.03.2026
23.03.2026
22.03.2026
21.03.2026
20.03.2026























