29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Futzal

Joze Alesio: "Qələbə qazanmadan mərhələni başa vurmağımız yaxşı deyil"

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirən “Araz”ın baş məşqçisi Joze Alesio Da Silva “Luçenec”ə 2:5 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, Naxçıvan təmsilçisinin çalışdırıcısı bunları söyləyib:
 
“Bu gün daha yaxşı oynadıq. Heyətlə bağlı problemlərimiz var idi. Üç futzalçımız cəzalı, biri isə zədəli olduğuna görə bizə kömək edə bilmədi. Meydana buraxdığım oyunçuların əksəriyyəti arxada qalan 2 qarşılaşmanı əsasən ehtiyatda keçirmişdilər. Oyunun əvvəlində həyəcanlı olsalar da, bunu tez dəf etdilər. Birinci hissədə daha yaxşı çıxış etdik. Heyətlə bağlı problem ikinci hissədə özünü göstərdi. Oyunu cəmi 6 futzalçı ilə keçirməyimiz yorğunluğa səbəb oldu.
 
Turnirə gəldikdə, indi kiçik klub anlayışı qalmayıb. İlk gündən qrupun favoritinin “Vitis” olduğunu demişdim. Nəticələr fikrimdə yanılmadığımı göstərdi. Qrup mərhələsini 3 xal qazanmadan başa vurmağımız yaxşı hal deyil. Ancaq hər üç oyunda qələbə qazanmağa yaxın idik. Problemimiz qol epizodlarından düzgün istifadə edə bilməməyimizlə bağlıdı. Uşaqlar mübarizə apardılar. Yekun hamımız üçün üzücüdü”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31