Futzal
"Araz"ın üzvü: "Müəyyən vaxtdan sonra braziliyalıların yoxluğunu hiss etdirməyəcəyik"
UEFA Çempionlar Liqasının əsas mərhələsində oktyabrın 3-də ilk oyununu keçirəcək futzal üzrə "Araz” klubu Slovakiyaya yol düşür. Bakıda hazırlığını yekunlaşdıran komanda oyunöncəsi məşqini matçın keçiriləcəyi arenada keçirəcək. Səfəröncəsi "Araz”ın əsas simalarından Xətai Bağırov azfutzal.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Komandada vəziyyət necədi? Necə hazırlaşmısınız oyunlara?
- Baş məşqçimiz Alesionun özünəməxsus hazırlıq planı var. Əsas üstünlüyü taktiki planda çalışmalara vermişik. Heyətimizdə məlum dəyişikliklər edilib. Artıq braziliyalı futzalçılarımız yoxdu. Sırf yerli uşaqlarla mübarizə aparacağıq. Məncə, nəticə yaxşı olmalıdı. Uşaqlar əla formadadırlar və hər kəs oynamaq şansı qazanacaq.
- Yüksək Liqada 3 oyun keçirmisiniz. Üstəlik, əsası "Araz”ın üzvlərindən qurulan milli Qazaxıstanla yoldaşlıq matçında üz-üzə gəlib. Bu oyunlardan sonra baş məşqçi nələrə diqqət yetirməyi tələb edir?
- Qazaxıstan millisinə qarşı yaxşı oynadıq. Baş məşqçi qrup mərhələsində də bu cür çıxış edə bilsək, uğur qazanacağımızı açıqlayıb. Taktiki tapşırıqlara diqqət yetirməli, oyuna konsantrasiya olmalıyıq.
- Alesio taktiki planda istədiyini ala bilirmi?
- Qazaxıstanla oyunda bəli, istədiyini aldı. Düzdü, müəyyən səhvlərimiz oldu. Amma ümumi götürdükdə, narazı qalmadı. Hər zamankı oyunumuzu nümayiş etdirə bilsək, problem yaşamayacağıq.
- Braziliyalı futzalçıların gedişi narahatlıq yaradır. Buna əsas varmı?
- Hiss olunur. Ancaq yerli oyunçular məşqləri intensivləşdirdikcə, təcrübə topladıqca oyun planında inkişaf edir. Müəyyən vaxtdan sonra onların yoxluğunu hiss etdirməyəcəyik.
- Bu mərhələyə yerli oyunçuların özlərini sübüt etmək prinsipi ilə yanaşacaqlarını gözləmək olarmı?
- Ola bilər yox, elə olacaq. Elə məqamdır ki, sona qədər gücümüzü meydanda sərf etməliyik.
- Qrupdan ancaq bir komanda mübarizəni davam etdirəcək...
- Reqlamenti bilirik. Ona görə də hər 3 oyunda qələbə qazanmalıyıq. Bir-birinə yaxın səviyyəli komandalardı. Düzdü, "Vytis” 7 braziliyalı ilə oynayacaq. Ancaq heç biri fantastik dərəcədə güclü deyil.
- Rəqiblərlə bağlı nə deyir baş məşqçi?
- Alesionun öz oyun planı, taktikası var. Rəqiblərlə bağlı oyundan bir gün əvvəl məlumat verəcək. Məşqlərdə rəqibə qarşı necə oynayacağımızı imitasiya edirik. Bir gün əvvəl videoya baxış olacaq. Özümüzün qrupumuz var, baş məşqçi tez-tez ora video hissələr atır ki, nələrə diqqət edək. Top rəqibdə olanda biz nə etməliyik, biz hücum edəndə onlar necə müdafiə olunacaqlar, standartlar zamanı hansı məqamlara diqqət ayırmalıyıq, bunları deyir. Həm də texnikası, sürəti ilə seçilən oyunçuları qeyd edir.
- Hansı rəqib daha təhlükəlidi?
- "Vytis”lə oyun daha çətin olacaq. Bu komanda digərlərinə nisbətən daha təhlükəlidir. Meydan sahiblərini də unutmaq olmaz.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
-
16:49
Formula 1 Azərbaycan Qran-prisinin qalibi məlum oldu
-
16:00
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
-
15:51
"Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
-
14:27
"Formula 1" üzrə Azərbaycan Qran-prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
12:38
“Neftçi”nin üzvü Hondurasa qol vurdu, komandası qalib gəldi VİDEO
-
12:09
"Formula 2": Rafael Kamara Bakıda qalib oldu
-
11:45
"Qarabağ"ın legioneri millisinə qələbə qazandırdı VİDEO
-
11:23
“Neftçi”nin yarımmüdafiəçisi Burkina Fasodan 1 xalla qayıtdı
-
10:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
Boks millimiz Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
10:17
“Qarabağ” və “Zirə”nin futbolçuları Seneqala qarşı oynadılar
-
10:00
Türkiyə öz meydanında Fransaya uduzdu VİDEO
-
09:41
"Zirə" də Çempionlar Liqası ilə vidalaşdı
-
09:24
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
26.09.2026
25.09.2026
24.09.2026
























