19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Futzal

Rövşən Hüseynli: "Ötənilki nəticənin təkrarlanmasına imkan verməməliyik"

“Luçeneç”in heyəti, demək olar ki, Slovakiya millisinin oyunçularından qurulub. Bu komanda ilə oyun daha çətin keçəcək”.
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri futzal millimizin və "Araz"ın qapıçısı Rövşən Hüseynli Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə UEFA Çempionlar Liqasının püşkatmasını dəyərləndirərkən deyib.
 
Hüseynli onları çətin sınağın gözlədiyini vurğulayıb: “İstənilən rəqibə hörmətlə yanaşmaq, onları ciddi qəbul etmək lazımdı. İlkin mərhələdə mübarizə aparacaq potensial rəqiblərimiz arasında ikisini xüsusilə fərqləndirmək istərdim. E qrupunda Makedoniya təmsilçisi “Veles”in, F qrupunda isə Hollandiyanın “Hovokobo” komandasının daha güclü təsir bağışladığını qeyd edə bilərəm. Təbii ki, bunlar ehtimallardı. Fikrimizi bildiririk, amma nəticənin necə olacağını oyunlar başa çatdıqdan sonra biləcəyik”.
 
Qolkiper turnirin adının dəyişdirilməsinin iştirakçılar üçün əlavə stimul olacağını bildirib: “Ötən ilə qədər UEFA kuboku adlandırılan yarış indi Çempionlar Liqası adı altında keçiriləcək. Bu da iştirakçı komandalara əlavə stimul verəcək, qalib olmaq üçün motivasiyanı artıracaq”.
 
Hüseynli “Araz”dan ayrılanlar haqda da danışıb. O, hər bir futzalçının komanda üçün vacib olduğunu vurğulayıb: “Hər bir oyunçu bizim üçün vacibdi. Edu və Qalonun gedişi hiss olunacaq, ancaq onlarsız nəticə qazanmağın mümkünsüzlüyü fikri yaranmamalıdı. Rəhbərlik və baş məşqçi yeni transferlərlə komandanı əvvəlkindən güclü edəcəklər. İstənilən halda, ötənilki nəticənin təkrarlanmasına imkan verməməliyik. Ötən il ardıcıl iki qələbə qazandıq, ancaq “Deva” ilə matçda sanki oyunumuz alınmadı, “qara zolağ”a düşmüşdük. Çempionlar Liqasında isə buna yol verməyəcəyik. Təbii ki, məqsədimiz “Dördlər finalı”na vəsiqə qazanmaqdı”.
 
"Araz” oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək əsas mərhələnin qrup oyunlarında yerli “Luçeneç”, ilk mərhələdə E və F qrupunun qalibi olacaq komandalarla qarşılaşacaq. E qrupunda “Veles” (Makedoniya), “Valleta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovokobo” (Hollandiya), “Ridinq” (İngiltərə), “Vitis” (Litva) və “Murata” (San Marino) qüvvəsini sınayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30