Futzal
Azərbaycan çempionunun ÇL-dəki potensial rəqibləri: 58-dən 47-si məlumdu
UEFA Futzal kuboku yeni mövsümdən Çempionlar Liqası adlanacaq.
Futbolxeber.az saytının məlumatına görə, buna qədər Avropa klub turniri 32 dəfə keçirilib. İlk dəfə 1984-cü ildə təşkil edilən yarış 2001/02-ci il mövsümündən UEFA Futzal kuboku adlanmağa başlayıb. Bu ad altında 17 mövsümlük yol qət edən UEFA nəhayət yarışı çempionların adına layiq adlandırmaq qərarına gəlib. Buna görə də 33-cü klub qitə birinciliyi Çempionlar Liqası adı altında keçiriləcək. Format isə dəyişməyib. Sadəcə, klub reytinqində ən yüksək göstəriciyə malik 4 ölkə - Rusiya, İspaniya, Portuqaliya və Qazaxıstan 2 iştirakçı ilə təmsil olunacaq. Buna görə də, UEFA-nın 55 üzvü olsa da, yarışda ilk dəfə 59 komanda mübarizə aparacaq.
Ölkəmiz bu siyahıda Ukraynadan sonra 6-cı pillədə qərarlaşıb və buna görə də ancaq ölkə çempionu - “Araz”la təmsil olunacağıq. Komandamız mübarizəyə yenə əsas mərhələdən başlayacaq. Buna qədər cari ildə avqustun 28-dən sentyabrın 2-dək ilkin mərhələnin oyunları keçiriləcək. Əsas mərhələ oktyabrın 2-dən 7-dək, elit raund noyabrın 13-dən 18-dək təşkil ediləcək. “Dördlər finalı” aprelin 25-i 27-i və ya 26-sı 28-i tarixlərində keçiriləcək. Aprelin 25-də və ya 26-da yarımfinal, ayın 27-də və ya 28-də isə üçüncü yer və həlledici matça şahidlik etmək mümkün olacaq. İlkin, əsas və elit raund oyunları erkən də başlaya bilər, bunun üçün qrupda yer alan komandaların hamısı razılıq verməlidir. Püşkatmaya gəldikdə, iyulun 5-də ilkin və əsas, oktyabrın 14-də, elit mərhələnin iştirakçıları rəqiblərini tanıyacaq. “Dördlər finalı”ndakı cütlüklər isə 2019-cu ildə bilinəcək. Hələlik dəqiq vaxt təsdiqlənməyib.
Çempionlar Liqasında iştirakı dəqiqləşən komandaların adlarını diqqətinizə çatdırırıq: “İnter”, “Barselona” (hər ikisi İspaniya), “Qazprom-Yuqra”, “Sibiryak” (hər ikisi Rusiya), “Kayrat”, “Aktobe” (Qazaxıstan), “Prodexim Xerson” (Ukrayna), “ARAZ” (AZƏRBAYCAN), “Doboveç” (Sloveniya), “Era-Pack Chrudim” (Çexiya), “İnformatica Timişoara” (Rumıniya), “Slov-Matik” (Slovakiya), “Hovokubo” (Hollandiya), “Halle - Guik” (Belçika), “Mostar” (Bosniya və Herseqovina), “Lidselmaş Lida” (Belarus), “Rekord Bielsko-Biala” (Polşa), “Veles” (Makedoniya), “KaDu” (Finlandiya), “Nikars” (Latviya), “Sanderjord” (Norveç), “Uddevalla” (İsveç), “Reading Eskolla” (İngiltərə), “Doukas” (Yunanıstan), “Dinamo” (Moldova), “JB Gentofte” (Danimarka), “Çelik” (Monteneqro), “Varna City” (Bolqarıstan), “Fidell” (İsveçrə), “Leo” (Ermənistan), “Enkamp” (Andorra), “Vytis” (Litva), “Tirana” (Albaniya), “Makkabi Nahalat İtzhak” (İsrail), APOEL (Kipr), “Kardif University” (Uels), “Tallinna Kosmos” (Estoniya), “Lynx” (Cəbəllütariq), “Valletta” (Malta), “Murata” (San Marino), “Vattcell” (Şotlandiya), “Nohenstein - Ernstthal” (Almaniya), “Feniks” (Kosovo), “Murexin Allstars” (Avstriya), “Racinq” (Lüksemburq), “Belfast Yunayted” (Şimali İrlandiya), “Vangir Jupiters” (İslandiya).
Portuqaliya (iki komanda), İtaliya, Serbiya, Xorvatiya, Macarıstan, Türkiyə, Fransa, Gürcüstan, İrlandiya, Farer adaları və Lixtenşteyni hansı komandaların təmsil edəcəyi isə hələ dəqiqləşməyib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- Kipr - Monteneqro matçında 5 qol
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
-
15:36
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər müzakirə edilib
-
15:19
Yeniyetmə taekvondoçular təlim-məşq toplanışına cəlb olunublar
-
14:44
Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olunub
-
14:00
Samir Abasov: “Futbolçular pley-off şansını bilsəydilər belə, Lixtenşteynə çox qol vura bilməzdik”
-
13:27
Millimizin üzvləri məktəblilərlə görüşdü
-
12:52
AMADA nümayəndə heyəti Strasburqda CAHAMA-nın 73-cü iclasında iştirak edib
-
12:38
Futzal üzrə Yüksək Liqanda 10 komanda yarışacaq
-
12:16
Kvaratsxeliya ilin adamı seçildi
-
11:43
“Sumqayıt” akademiyasının üzvləri üçün antidopinq təlimi keçirilib
-
11:21
"Qarabağ" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:59
Avropa reytinqi: Minifutbol millimiz ikincidir
-
10:05
"Sumqayıt" məşqlərini davam etdirir VİDEO
-
09:34
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:17
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
-
09:00
“Qarabağ” Qazaxıstan klubuna uduzub
-
18:00
ACF-nin təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək
-
17:47
II Liqada 11 oyunun başlama saatı açıqlandı
-
17:11
Dünya çempionatı: cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
-
16:36
Arda Güler 2032-ci ilin yayına kimi “Real”da
-
15:58
Xuan Mata karyerasını başa vurdu
-
15:29
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
15:05
Millimiz FIFA reytinqində irəlilədi
-
14:43
Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş turniri keçiriləcək
-
14:12
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
13:54
Azərbaycanda təmiz idman prinsiplərinin təbliği istiqamətində növbəti tədbir təşkil olunub
-
13:27
Keyn Millətlər Liqasının bombardiri oldu
-
13:00
Ayxan Xəkili Cenevrədə Avropa Atletikasının seminarında iştirak edib
-
12:41
Boksçumuzun erməni rəqibi diskvalifikasiya olunub
-
12:18
“Zirə” və “Qarabağ”ın legionlerləri səfərdə sevindi
-
11:56
Sefas və komandası səfər qolunun qurbanı oldu
-
11:39
“Turan Tovuz”un qapıçısı finalda uduzdu
-
11:03
Kaşuk Gürcüstana qarşı oynadı
-
10:45
U-20 millimiz İraqla bərabərə qaldı VİDEO
-
10:22
Avro-2028: Millimiz 5-ci səbətdə
-
09:54
“Zirə”nin müdafiəçisi millidə zədələndi
-
09:31
Futzal millimizdə xaos: məşqçi inzibatçı maaşı alır
-
09:17
"Qarabağ"ın qapıçısı Rumıniya üzərində qələbəyə sevindi
-
09:00
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”da çempion ola bilmədi
-
22:49
Rui Jorje: “Komandanın hazırkı vəziyyəti məni qane edir”
-
21:35
U-20 millisi İraqla heç-heçə etdi
-
21:12
U-19 Farer adalarını 2 qolla üstələdi
-
19:54
Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb
-
19:00
U-21 Omanı yenə məğlub etdi
-
18:27
“Dinamo”dan çətin qələbə
-
17:41
“Araz-Naxçıvan”ın legioneri zədəsini bərpa edib
-
16:53
Qadın güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib
-
16:38
I Liqada 9-cu turun oyun cədvəli açıqlandı
-
16:16
Azərbaycan futbolunda növbəti biabırçılıq: hakimlər və nümayəndə oyuna gecikdi - ÖZƏL
-
16:09
U-17 millimiz qrupda sonuncu oldu
-
15:25
Faiq Qarayev milli üzvləri ilə görüşüb
19.11.2026
18.11.2026
17.11.2026
























