19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Futzal

"Portuqaliyanı yenərək yarımfinala yüksələcəyik"

Azərbacan milli komandasının futzalçısı Everton Kardozo Portuqaliya ilə keçirəcəkləri Avropa çempionatının 1/4 final oyununun hazırlıq prosesinə qatılıb.
 
Futbolxeber.az saytının məlumatına görə, milliləşdirilmiş braziliyalı oyunçu bugünkü məşqdə sonadək iştirak edib. 
 
O, fevralın 2-də Fransa ilə oyundan sonra ayağında ağrı hiss etdiyi üçün İspaniya ilə növbəti qarşılaşmada meydana çıxmayıb. Hərçənd, "sambaçı"nın adı oyunun protokolunda olub. Həkimlərin, oynaması üçün heç bir problemin olmadığını bildirmələrinə baxmayaraq, baş məşqçi Joze Alesio Sa Silva risk etməyərək Qalo ləqəbli futzalçını ehtiyatda saxlayıb. 
 
Bugünkü məşq başa çatdıqdan sonra "sambaçı" federasiyanın mətbuat xidmətinə açıqlama verib: “Ayağımda yüngül ağrı var, amma bu, məşq etməyimə, eləcə də oynamağıma mane olmur. Hətta mən İspaniyaya qarşı da oynamaq istəyirdim. Sadəcə, baş məşqçi risk etmək istəmədiyini bildirdi. Məşq prosesi göstərdi ki, meydana çıxmağımda hansısa problem yoxdur”. 
 
Artıq 2 il əvvəl dünya çempionatının ¼ final mərhələsində Portuqaliyaya qarşı çıxış etmiş milli üzvü rəqib haqda da danışıb: “Başa düşürəm, Portuqaliya Avropada ən güclülərdən biridir. Ancaq biz də zəif deyilik. Əla komandamız var və biz özümüzə inanırıq. Rəqib komandada Rikardinyo oyunun nəticəsinə çox təsir edəcək futzalçıdır. Çalışacağıq ki, onu zərərsizləşdirək”. 
 
Yarımfinal şanslarını da dəyərləndirən Qalo komandasının uğur qazanacağına inam ifadə edib: “Oyundan əvvəl hər iki komandanın şansı bərabər olur. Ancaq öz komandamı bir addım öndə sayıram. Məncə, biz yarımfinala yüksələcəyik. Buna inanıram, siz də inanın”.
 
Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı fevralın 6-da keçiriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31