19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Futzal

Millimizin kapitanı: "Bizim üçün əsas göstərici Avropa çempionatı olacaq"

“Dəvətimizi qəbul edib Bakıya gəldiyi üçün İran millisinə təşəkkür edirik. Bizim üçün əsas göstərici Avropa çempionatı olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Rizvan Fərzəliyev İranla 3:3 hesabı ilə başa çatan yoldaşlıq oyunu barədə danışarkən deyib.

O bildirib ki, qonşu ölkə yığması ilə hər iki matç Avropa çempionatına hazırlığı yoxlamaq baxımından vacib qarşılaşmalardır: “Uğurlu oyun alındı. Şanslar bərabərdir. Düzdür, ilk dəqiqələrdə həyəcan var idi. Bu da tam formalaşmamağımızdan irəli gəlirdi”.

Kapitan xüsusilə birinci hissədə buraxılan səhvlərə bu cür izah verib: “Yanvarın 18-dən tam heyətlə məşq edirik. Bir neçə futzalçımız ölkədən xaricdə çıxış etdiklərindən, onlar dediyim tarixdə komandaya qoşuldular. Bu da istər-istəməz oyunumuza təsirini göstərdi. İkinci oyundan və qalan günlərdən maksimum istifadə edib, Avropa çempionatına tam hazır şəkildə yollanacağıq. Növbəti matçda qələbə qazanmaq üçün mübarizə aparacağıq. İlk oyunu izləyəcək, səhvlərdən nəticə çıxarıb, 3:3 hesablı heç-heçə seriyasını dayandıracağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30