19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Futzal

Millimizin baş məşqçisi: “...Yeni adlar görəcəksiniz"

Azərbaycan millisinin və “Araz”ın baş məşqçisi Joze Alesio da Silva affa.az-a müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- Yüksək Liqada I dövrə başa çatdı. Ümumi təəssüratlarınız necədir?

- Dövrəyə “Xəmsə” ilə oyunla yekun vurduq. Böyükhesablı qələbə qazandıq və komandada hadisələrin yaxşılığa  doğru dəyişdiyini hiss etdim. Topu özümüzdə çox saxladıq, qollar vurduq, müəyyən kombinasiyalar qurduq. Amma bir neçə  məqam var ki, üzərində işləməliyik.

- Autsayderlə oyunda bu qədər qol vurdunuz. Ancaq əsas rəqiblərinizlə oyunlarda çox əziyyət çəkdiniz. Hətta “Neftçi” ilə oyunda heç-heçə etdiniz. Komanda istədiyinizi niyə verə bilmir?

- Hər bir oyunun öz xüsusiyyəti var. Əsas rəqiblərimizlə oyunlarda onlar daha çox müdafiəyə çəkilirlər və rəqibə oynamağa imkan vermirlər. Təbii ki, bu cür müdafiə xəttini yarmağın da yollarını tapmalıyıq. Topla, ya da topsuz – meydanda dominantlıq etməliyik. Məşqlərdə bunun üzərində işləyirik, elə narazı qaldığım məqamlar da bununla bağlıdır.

- Siz oyunları təkcə “Araz”ın yox, həm də milli komandanın baş məşqçisi kimi izləyirsiniz. Ötən 7 tur ərzində diqqətinizi cəlb edən futzalçılar oldumu?

- Bunu mütlə qeyd etməliyəm ki, çempionatda gərgin mübarizə gedir. “Araz” hər nə qədər favorit hesab edilsə də, müqavimətlə qarşılaşır. İranlı legionerlərin gəlişi, yeni komandaların çempionata qoşulması rəqabəti artırıb. Sualınıza gəldikdə, inanın, sonuncu pillədə qərarlaşan “Xəmsə”nin heyətində belə, bəyəndiyim futzalçı oldu. Digər komandalarda da belə oyunçular var. İndi ad açıqlamaq üçün uyğun zaman deyil, amma diqqətimi cəlb edən futzalçıları millinin Bakıdakı məşqlərinə dəvət edəcəm.

- Milli komanda dekabrın 2-dən 7-dək İranda keçiriləcək turnirdə iştirak edəcək. Rəqiblər və təqvim də müəyyənləşib. Bu turnirlər bağlı hansı məqamları qeyd etmək istərdiniz?

- İştirakçıların adları turnirin yüksək səviyyədə təşkil edildiyini göstərir. Təsəvvür edin, 4 iştirakçının hamısı FİFA-nın reytinq cədvəlində ilk “10-luq”dadır. Onlardan Rusiya son dünya çempionatının gümüş, İran isə bürünc mükafatçısıdır. Üstəlik, İran millisi Braziliya, Rusiya isə İspaniya kimi futzalda hegemonluq edən komandanı uddu. Azərbaycan da ilk dəfə iştirak etməsinə baxmayaraq, dünya çempionatını ilk “5-lik”də bitirdi. Qazaxıstan isə 1/8 finalda mübarizəni dayandırdı. Bu göstəricilər oyunların hansı müstəvidə keçəcəyinə aydınlıq gətirir. Təxminən 2 aydan sonra qatılacağımız Avropa çempionatının final mərhələsinə hazırlıq baxımından turnir çox faydalı olacaq. Təəssüf ki, hazırlıq keçmək üçün uzun zamanımız olmayacaq. 3-4 gün Bakıda məşqlər edəcəyik, sonra 14 nəfərlik futzalçı heyəti ilə İrana yollanacağıq.

- Heyətdə yeni oyunçular olacaqmı?

- Heyət, demək olar, müəyyənləşib. İrana 14 oyunçu aparacağıq. Amma Bakıdakı hazırlıq prosesinə 17 nəfər dəvət etməyi düşünürəm. Əlbəttə, yeni adlar görəcəksiniz.

- Kardosa və Xətai Bağırov zədəlidir. Onların hazırkı durumu planlarınıza təsir edəcəkmi?

- Kardosa Avropa çempionatına qədər tam hazır olacaq. O, artıq yüngül məşqlərə başlayıb. Xətai də turnirdə iştirak etməyəcək, amma Avropa çempionatına qədər vaxtı var. Ümid edirəm ki, ona qədər formasını bərpa edib Sloveniyada komandaya kömək edə biləcək.

- Ölkə xaricində çıxış edən Vassoura, Fineo və Vitali Borisov turnirə dəvət ediləcəkmi?

- Fineo bu dəfə bizə qoşulmayacaq. Çünki onların oyunları var, həm də yol uzaq olduğuna görə, buna ehtiyac duymuruq. Bura saat fərqini də əlavə etsək, haqlı olduğumu təsdiqləyərsiniz. Vassoura ilə danışmışam, o, 90 faiz turnirdə bizə kömək edəcək. Vitali Borisovun məsələsi isə açıq qalır. O, millidəki karyerasını bitirmək haqda düşünür. Hələ tam qərarını verməyib. İrana yollanacaq heyət üzvləri arasında onun adı olmayacaq. Ancaq Avropa çempionatının final mərhələsinə qədər Vitali ilə bir daha söhbət edəcəm. Onun həmin yarışda milliyə kömək etməsini istəyirəm.

- Bu günlərdə həvəskarlar arasında təşkil edilən Mini-Futbol Liqasının oyunlarını izlədiniz. Yarışla bağlı təəssüratlarınız necədir?

- Bu, daha çox kütləviliyə hesablanmış layihədir. İnsanların sağlam həyat tərzi keçirməsi üçün əla iş görülüb. Bir neçə oyunu izlədim və iştirakçıların istəkli, həvəsli olduqlarını müşahidə etdim. Maraqlı oyunlar keçirilir. Təbii ki, ora getməkdə məqsədimiz gənc və perspektiv vəd edən oyunçuları izləmək idi. Oradan əsas milliyə oyunçu götürməyimiz real deyil, amma U-17 yığması üçün futzalçı tapmaq mümkündür. Demirəm ki, gənclərin hamısını U-17-yə cəlb edəcəyik. Bizi cəlb edən, oyunu ilə seçilən futzalçılara qapımız açıq olacaq.

- Yeri gəlmişkən, U-17 yığması artıq Birinci Liqada çıxış edəcək. Bu komanda ilə bağlı planlarınızı bilmək olarmı?

- Əsas millinin baş məşqçisi olsam da, bu komandanı da nəzarətdə saxlayacam. Mütəmadi olaraq seçim aparılacaq. Xüsusilə də məktəblərdə, universitetlərdə bu prosesi sürətləndirəcəyik. U-17 bizim üçün ehtiyat komanda olacaq. Əlbəttə, istərdik ki, seçimi 80-90 oyunçu arasından edək. Bu komandanın olması, liqada iştirak etməsi gənclər üçün də stimul olacaq. Fuad Rzayevə mütəmadi kömək edəcəyik. Komandanın Birinci Liqada iştirak edəcəyi isə müsbət məqamdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31