4 Iyul 2025, Cümə
“Qarabağ” Avstriyaya yollandı
"Zirə" 4-cü transferini reallaşdırdı
Hamidu Keyta “Araz-Naxçıvan”da
"Qarabağ" "Zirə"yə qalib gəldi

Futzal

Alesio: “Komandamın oyunundan razı qaldım”

“Oyun gərgin keçdi. Bu da təsadüfi deyil. İlk oyunlar hər zaman gərginliyi ilə yadda qalır”.

Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, bu sözləri “Araz”ın baş məşqçisi Alesio da Silva futzal üzrə UEFA kubokunun əsas mərhələsində "Mostar”a (Bosniya və Herseqovina) 5:2 hesabı ilə qaldikləri matçdan sonra deyib.

Braziliyalı mütəxəssis bildirib ki, çətinliyə baxmayaraq, vacib olan qələbəni qazanıblar: "Komandamın oyunundan razı qaldım. Oyunun videoyazısına sabah baxacam və çatışmazlıqları aradan qaldırmağa çalışacam. Bu gün çoxsaylı qol epizodundan istifadə edə bilmədik. Bu da qarşıdakı matçlarda bizə problem yarada bilər. Ona görə bunun üzərində mütləq işləməliyik. Taktiki planda və intizam baxımından uşaqlardan razı qaldım. Demək olar, dediklərimi icra edə bildilər”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31