26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Futzal

Rizvan Fərzəliyev: “İlk oyun hər zaman çətin keçir”

Sabah futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu “Araz” ilk oyununu keçirəcək. Futbolxeber.az saytının məlumatına görə, Rumıniyada təşkil edilən qrup mərhələsi çərçivəsində Bosniya və Herseqovinanın “Mostar” klubu ilə üz-üzə gələcək çempionumuzun kapitanı AFF-nin rəsmi facebook səhifəsinə müsahibə verib.

- Komanda oyuna hazırdırmı?

- Əlbəttə, hazırdır. Artıq 2 gündür oyunların keçiriləcəyi Deva şəhərindəyik. Buna qədər hazırlığımızı Bakıda reallaşdırdıq, həm yoldaşlıq, həm də rəsmi oyunlar keçirməklə çatışmazlıqları müəyyənləşdirdik və aradan qaldırmağa çalışdıq. İstənilən halda ilk oyun hər zaman çətin olur.

- “Mostar”ın oyununu izləmisinizmi? Onlara qarşı necə oynayacağınızı müəyyənləşdirmisinizmi?

- Rəqibimiz mübarizəyə ilk mərhələdən başlasa da, güclü komandadır. Heyətində Bosniya və Herseqovina millisinin 6 üzvü bu komandanın formasını geyinir. Eyni zamanda Braziliyadan, Serbiyadan legionerləri var. Baş məşqçiləri isə braziliyalıdır. Baş məşqçimiz rəqibi analiz edib, necə oynayacağımızı da məşqdə çatdırıb. Təbii ki, qələbə ilə başlamaq vacibdir.

- Oyunöncəsi narahatlıq yaradan hansısa problem varmı?

- Elə bir ciddi problemimiz yoxdu. Komanda olaraq oyuna köklənmişik və ancaq matç haqda düşünürük.

- Heyətə yeni qoşulan futzalçılar ayrılanları layiqincə əvəzləyə biləcəklər?

- Komanda çox yaxşı vəziyyətdədir. Yeni dəvət edilən oyunçuların köməyi dəyəcək. Müqayisə aparmağın tərəfdarı deyiləm. Çünki heyətlə bağlı qərarları baş məşqçi verir. Onlar bu gün “Araz”ın heyətindədirsə, deməli, baş məşqçinin etimadını qazanıblar.

- Rəqiblər arasında ən təhlükəli hansını hesab edirsiniz və nəyə görə?

- Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdı. Çünki bu mərhələyə zəif komanda vəsiqə qazanmır. Fərqləndirmək mütləqdirsə, “Deva”nın adını qeyd edərdim. Çünki bu komandanın heyəti Rumıniya millisinin üzvlərindən fomalaşıb. Üstəlik, meydan sahibidirlər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30