20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Futzal

Biro Jade: “Bütün bunlar bizim fəlsəfəmizi əks etdirir”

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində B qrupunun qarşılaşmaları keçirilib. Futbolxeber.az-ın məlumatına görə, sözügedən qrupda yer alan Azərbaycan millisi bu gün son oyunda Macarıstanı 6:1 hesabı ilə məğlub edib və qitənin çempionatının final mərhələsinə lider kimi yollanıb.
 
Matçdan sonra açıqlama verən yığmamızın baş məşqçisi Biro Jade qələbəni belə şərh edib: “İlk növbədə hər zaman bizimlə olan, dəstək verən AFFA-nın baş katibi Elxan Məmmədova, Futzal Federasiyasının prezidenti Zaur Axundova təşəkkür edirəm. Eyni zamanda məşqçilər heyətinə, komandanın bütün işçilərinə, təkcə bu gün oynayan yox, bütün futzalçılara çox sağ ol demək istəyirəm. Bu qələbədə hər kəsin payı var.
 
Oyun haqda danışarkən, qeyd etməliyəm ki, futzalçılarla psixoloji baxımdan mütəmadi söhbət edirdik. Çünki Bosniya və Herseqovina, eləcə də Albaniya ilə matçdan sonra bildirmişdim ki, meydan sahibi olan komandanın üzərində təzyiq olur. Vacib olan o təzyiqdən qurtulmaq və rəqibin səhvlərindən yararlana bilməkdi. Bu gün isə çox diqqətli idik. Düşünürəm ki, bu da böyük fərq yaratdı. Hətta hesabda geri düşdükdən sonra da oyunçularıma sakit olmalarını tapşırdım. Rəqib cəmi bir epizod yaratdı və qol vurdu. Amma oyuna nəzarət bizim tərəfimizdə idi. Əlimizə düşən imkanlardan yararlandıq və asan qələbə qazandıq.
 
Futzal dinamik oyundu, gərək fürsəti əldən verməyəsən. Çünki epizod yaradıb qol vura bilməyəndə, rəqib sizi cəzalandırır. Çox yaxşı komandamız var. Tapşırıqları düzgün yerinə yetirdilər, müdafiədə diqqətli oynadılar və imkanları vaxtında dəyərləndirdilər. Bütün bunlar bizim fəlsəfəmizi əks etdirir”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30