24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Futzal

“Azərbaycanda dostlarım çoxdur”

Futzal üzrə Moldova milli komandasının baş məşqçisi Vladimir Vusati yoxlama oyununda yığmamıza 2:3 hesabı ilə uduzduqları oyundan danışıb.

Futbolxeber.az saytının məlumatına görə, Vusati çoxlu azərbaycanlı dostunun olduğunu bildirib: “Uzun müddət böyük futbolda çalışmışam, PRO kateqoriyalı məşqçiyəm. Azərbaycanda dostlarım çoxdur. Rəhmətlik Əhməd Ələsgərov müəllimim olub. Ondan çox şey öyrənmişəm. O, həm də Moldova futbolunun əfsanəsi hesab edilirdi. Ağasəlim Mircavadov, Vaqif Sadıqovla tez-tez əlaqə saxlayıram.

Moldova ilə Azərbaycan futzalında fərqli ab-hava var. Bizim çempionatın səviyyəsi yüksək deyil. Klublarımız çempionat oyunları zamanı həftədə cəmi 2 dəfə məşq edirlər. Millinin toplanış olan zaman isə heç bir klubumuz məşq keçmir. Oyuna gəldikdə, bu gün daha yaxşı oynadıq. Amma komandanızın heyətində fərdi keyfiyyətlərinə görə seçilən futzalçılar çoxdur və bu da oyunun taleyini həll edir. Bizim yeganə motivasiyamız istəkli olmağımızdı. Sonda qonaqpərvərliyə və isti qarşılanmaya, eləcə də yaradılan şəraitə görə təşəkkürümü bildirirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30