20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Futzal

“Paltardəyişmə otağında uşaqların oyuna köklənə bilmədiyini müşahidə etdim”

“İki fərqli oyun keçirdik. İlk oyunla müqayisədə ikinci matça konsantrasiya ola bilmədik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futzal üzrə milli komandamızın baş məşqçsi Biro Jade Moldovanı 3:2 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra deyib.

Braziliyalı məşqçi 1 gün əvvəlki 6:1 hesablı qələbədən sonra komandasını oyuna kökləyə bilmədiyini bildirib: “Paltardəyişmə otağında, eləcə də matçdan əvvəl keçirilən isinmə hərəkətləri zamanı uşaqların oyuna köklənə bilmədiyini müşahidə etdim. Anladım ki, bizim üçün çətin bir oyun olacaq. Təbii ki, Avropa çempionatının əsas mərhələsi zamanı də bu cür oyun nümayiş etdirsək, final mərhələsinə vəsiqə qazana bilməyəcəyik.

Müəyyən epizodlar oldu ki, razı qaldım. Birinci hissədə 5-in 4-ə oynadıq və 3 real qol epizodu yaratdıq. Ancaq heyətə cəlb etdiyim oyunçuların hamısına şans verməli idim, buna görə də 4-ün 4-ə oynamağa başladıq. Vəziyyət elə alındı sərəncamımda olan oyunçuların hamısını meydana buraxa bilmədim. Standart vəziyyətlərdən istifadəyə gəldikdə, ilk oyunla müqayisədə bu dəfə daha düzgün oynamağa çalışdıq. Təəssüflənirəm ki, epizodlardan istifadə faizi aşağı oldu”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30