20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Futzal

“Azərbaycanda futzalın səviyyəsinin aşağı düşməsinə imkan vermərik”

AFFA İcraiyyə Komitəsinin yeni üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun Futbolxeber.az saytına müsahibəsi

- Əvvəlcə sizi İcraiyyə Komitəsinə üzv seçilməyiniz münasibəti ilə təbrik edirik. Təəssüratlarınızı bölüşərdiniz.

- Minnətdaram. Daha əvvəldən də qeyd etmişdim ki, hər birimizin məqsədi Azərbaycan futboluna xidmət etməkdir. İcraiyyə Komitəsinin digər üzvləri kimi mən də bundan sonra əlimdən gələni edəcəyəm.

- İlk iclasda hansı məsələləri müzakirə etdiniz?

- Bir çox məsələləri müzakirə etdik. Danışlmış oyunlarla bağlı, iro Jadenin mövsümün sonuna qədər futzal millisinin baş məşqçisi olması, “İnter” klubu haqda danışdıq.

- Bir neçə ay öncə təklif sürmüşdüz ki, Premyer Liqa klublarının futzal komandası yaradılsın. Lakin həmin vaxt bu təklif narazılıqla qarşılandı. İcraiyyə Komitəsinin növbəti iclasında bu məsələni yenidən müzakirəyə çıxarmağınız mümkündür?

- Bu məsələni növbəti iclasda müzakirə edəcəyik. Hər bir klubun futzal komandası olması daha məqsədəuyğun olar.

- Klubların bəziləri deyir ki, maddi sıxıntı olan vaxtda futzal komandasını necə saxlayaq?

- Maliyyə problemi yalnız Azərbaycanda deyil, bütün dünyada var. Bunu zamanın ixtiyarına buraxaraq müzakirə edəcəyik. Azərbaycanda futzalın səviyyəsinin aşağı düşməsinə imkan vermərik. Millimiz dünya reytinqində ilk "10-luq"dadı. Bu nəticəni daha da yaxşılaşdırmalıyıq və bunun üçün  AFFA rəhbərliyi də lazımi dəstəyi verir. Məqsədimiz "Top-5"də olmaqdı.

- Biro Jadeyə mövsümün sonuna qədər şans verilməsində əsas məqsəd nə olacaq?

- Bakıda Avropa çempionatının seçmə oyunları keçiriləcək. İstəyirik ki, ardıcıl 5-ci dəfə final mərhələsində iştirak edək. Jadenin qarşısına da məqsəd qoyulub ki, həlledici mərhələyə qrup lideri kimi yüksələk. Jadenin işinə baxaraq qərar verəcəyik. Bu haqda indidən danışmaq tez olardı.

- Jade ilə yollar ayrılacağı halda, federasiyanı qınayacaqlar ki, milli daha bir məşqçi ilə erkən vidalaşdı...

- Son zamanlar üç baş məşqçi dəyişikliyi baş verdi. Amma mənim üçün əsas olan nəticədi. İstəməzdik ki, millimizi dünya çempionatının final mərhələsinə yüksəldən Tino Peres getsin. Eləcə də Miltinyonun. Amma onların ailə problemləri yaranmışdı. Ən əsas odu ki, komanda bugünkü səviyyəsində qalsın.

 

- AFFA bundan sonra futzala daha çox maliyyə ayıracaq?

- AFFA lazım olan dəstəyi verir. Çempionat da yüksək səviyyədə keçir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30