Etopaz
“TOPAZ": XORVATLAR QİSAS, FİNLƏR 1 XAL, BELARUS VƏ AVSTRİYA QƏLƏBƏ ARZUSUNDA
UEFA Millətlər Liqasında həlledici oyunlar başlayır. Bu gün 4 divizion üzrə keçiriləcək 9 matçla yarışda 5-ci tura yekun vurulacaq.
Artıq bu turda bəzi komandalar qrup qalib olmağı və gələn il keçiriləcək pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. Bu maraqlı və həyəcanlı futbol axşamına Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"la rəng qata bilərsiniz.
Günün bütün maraqlı qarşılaşmaları "Topaz"da proqnoz həvəskarlarına təqdim olunur. Ümumilikdə bu günkü proqramda 29 qarşılaşma yer alıb ki, onlardan da 9-na "təkli" mərc etmək olar. 19 oyun isə canlı mərcə çıxarılacaq.
Günün ən çox maraq doğuran oyunlarından ilk növbədə A divizionunun 4-cü qrupunda keçiriləcək Xorvatiya-İspaniya görüşünü qeyd etmək olar. Xorvatlar 2 ay əvvəl ispanlardan aldığı 0:6 hesablı ağır məğlubiyyətin əvəzini çıxmaq üçün "alışıb-yanır". Həmin oyunla müqayisədə baş məşqçi Zlatko Daliçin heyətlə bağlı problemi demək olar ki, yoxdur. Zədəsini sağaldan Kramariç və Rebiç bu axşam böyuk ehtimalla meydanda olacaq. İspaniya millisi isə xorvatlara yenə qalib gələcəyi halda sonuncu turun nəticəsindən asılı olmayaraq qrup liderliyini və pley-off mərhələsinə vəsiqəni təmin edəcək. İndiyədək ispanlara qarşı keçirdiyi 5 dueldə cəmi bir dəfə qalib gəlməyi bacaran xorvatlar bu axşam Zaqrebin məşhur "Maksimir" arenasında hesablarına növbəti qələbəni yazmağa çalışacaq. Saat 23:45-də başlanacaq matça "Topaz"da həm canlı, həm "təkli" mərc etmək olar. Əmsallar: Xorvatiyanın qələbəsi 3.55, heç-heçə 3.15, İspaniyanın qələbəsi 2.00.
B divizionunda 3-cü qrupda yer alan Avstriya ilə Bosniya və Hersoqovinanın qarşılaşması da prinsipial xarakterlidir. Bu, əvvəlki 3 oyunun hamısında qalib gələn bosniyalıların qrupda sonuncu matçıdır. Vyana səfərində hətta 1 xal qazansalar belə, Balkan təmsilçisi liderliyini qoruyub saxlayacaq və pley-offa vəsiqəni rəsmiləşdircək. Avsrtiya yığmasına isə qrup lideri olmaq üçün həm bu axşam, həm də noyabrın 18-i Şimali İrlandiya ilə görüşdə qələbə lazımdır. Vyananın populyar "Ernest Happel" stadionunda keçiriləcək matç saat 23:45-də başlanacaq. "Topaz"da bu "ölüm-dirim" qarşılaşmasına bu əmsallarla mərc edə bilərsiniz: Avstriyanın qələbəsi 1.75, heç-heçə 3.10, Bosniya və Hersoqovinanın qələbəsi 3.80.
Eyni situasiya C divizionunda, 2-ci qrupdadır. 4 oyunun hamısında qalib gələn Finlandiya ən yaxın izləyicisi Yunanıstanı 6 xal qabaqlayır. Bu axşam Afinada üz-üzə gələcək bu komandaların duelində finlərə 1 xal da kifayətdir ki, rəqibləri üçün əlçatmaz olsun. Yunanıstan isə pley-offa vəsiqə qazanmaq şansını saxlamaq üçün mütləq qalib gəlməlidir. Hərçənd aralarındakı son 3 oyunda yunanlar finlərə bata bilməyib. "Topaz"ın həm "təkli", həm canlı mərc statusu verdiyi duelin əmsalları belədir: Yunanıstanın qələbəsi 1.95, heç-heçə 2.75, Finlandiyanın qələbəsi 3.70.
Və son olaraq Azərbaycan yığmasının da yer aldığı D divizionunda günün matçı haqda. Burada "günün matçı" 2-ci qrupda keçiriləcək Lüksemburq-Belarus görüşüdür. 4 turdan sonra Lüksemburq Belarusu 1 xal qabaqlamaqla qrup lideridir. Ötən ay Minskdə keçirilən ilk dueldə meydan sahibləri qələbə qazanmaqla Lüksemburqla xal fərqini minima endirdi. Bu gün qərbi avropalılar qalib gəlsə lider kimi pley-offa vəsiqəni təmin edəcək. Belarus millisi də 3 xal qazanacağı halda böyük ölçüdə həmin vəsiqəyə sahib çıxacaq. Çünki belarusluların qrupda son oyunu zəif San-Marinoya qarşı olacaq ki, orada da xal itirmək ehtimalları 0-a bərabərdir. "Topaz"ın bu maraqlı oyun üçün müəyyənləşdirdiyi əmsallar belədir: Lüksemburqun qələbəsi 2.65, heç-heçə 2.80, Belarusun qələbəsi 2.40.
Bu oyunlardan başqa bu axşam keçiriləcək Almaniya-Rusiya (kod 624, saat 23:45), İrlandiya-Şimali İrlandiya (kod 625, saat 23:45) və İngiltərə-ABŞ (kod 626, saat 00:00) kimi maraqlı yoldaşlıq görüşlərinə də "Topaz"da mərc edə bilərsiniz.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
10:39
Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
-
10:24
"Latsio" 3 xalı tək qolla qazandı VİDEO
-
10:11
Orxan Məmmədov “Neftçi” ilə oyundan öncə “Zirə”ni tək buraxmadı FOTOLENT
-
09:48
"Beşiktaş" "Ankaragücü"nü məğlub etdi VİDEO
-
09:30
"Qəbələ"nin 2 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO