28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Etopaz

"TOPAZ": RUSİYADA "QONŞULAR"IN DUELLƏRİ

Futbolla zəngin qaynar həftəsonu arxada qalsa da, proqnozsevərlər üçün "nəfəsini dərməyə" vaxt yoxdur. Bir sıra ölkə çempionatlaırnda həyəcan bu gün də davam edir. Azərbaycanın yeganə qanuni mərc oyunlar operatoru olan "Topaz" dünyanın futbol meydanlarında keçiriləcək qarşılaşmalardan 59-nu bu günkü oyun proqramına daxil edib.

Dioqqətçəkən odur ki, bu görüşərdən 30-na canlı, 14-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar. Bazar ertəsi - futbol matçlarının adətən az olduğu bir gündə "Topaz"ın 14 matça "təkli  oyun" statusu verməsi müştəri maraqlarına hesablanıb. Qazanmaq şansının yüksək olduğu "təkli oyunlar" sırasında  İngiltərə, İspaniya, Portuqaliya, İsveç, Norveç, Türkiyə və Rusiya liqalarının görüşləri var. 

İspaniya La Liqasında 11-ci tura Barselonada yekun vurulacaq. Şəhərin ikinci böyük komandası "Espanyol" "Atletik Bilbao"nu qəbul edəcək. Bu dueldə İspaniyanın 2 böyük etnosunun nümayəndələri - katalonlarla basklar üz-üzə gələcək. 5-ci sırada qərarlaşan "Espanyol"dan fərqli 17-ci yerdə gedən Bilbao təmsilçisinin vəziyyəti yaxşı deyil. Maraqlı odur ki, cədvəldə tərəflər arasında 12 pilləlik "uçurum" olsa da, hər ikisi cəmi 2 dəfə məğlub olub.  "Atletik"in 2 məğlubiyyətə rəğmən autsayderlər qrupunda qərarlaşmasının səbəbi isə bilbaoluların bu mövsümdə ən çox heç-heçə oynayan 2 komandadan biri olmasıdır (7 heç-heçə). Onlar avqustun 21-dən bu yana -  düz 9 görüşdür qələbə qazana bilmir. "Atletik"in "Espanyol"la son 2 səfər oyunu "sülh"lə bitib (1:1, 0:0). Bu dəfə nəyin necə olacağını təxmin edənlər "Topaz"ın təkli etdiyi bu əmsallarla matça həm canlı, həm də "təkli" mərc edə bilər: "Espanyol"un qələbəsi 1.80, heç-heçə 3, "Atletik Bilbao"nun qələbəsi 3.75.

İngiltərə premyer liqasında isə 11-ci turun son matçında bu mövsümdə ən zəif oynayan 2 komanda - "Haddersfild"lə "Fulhem" qarşılaşacaq. 10 turda bir qələbəsi belə olmayan "Haddersfild"in cəmi 3 heç-heçəsi var. "Fulhem" isə ondan 2 xal çox toplayıb. "Haddersfild" cari mövsümdə premyer liqada ən az qol vuran (4 qol), "Fulhem" isə ən çox top buraxan (28 qol) komandadır. Bu dueldə qalib gələn tərəf turnir cədvəlində azı 2-3 pillə yüksəlmək imkanı qazanacaq. Amma statistika "zavallı" "Haddersfild"ə heç bir şans tanımır. Çünki indiyədək öz aralarında keçirilən 10 qarşılaşmanın heç birində "Fulhem" uduzmayıb. (7 qələbə, 3 heç-heçə). Bu matçların hamısı aşağı liqada - çempionşipdə baş tutub. Premyer liqa çərçivəsində isə tərəflərin ilk görüşü olacaq. Gecə saat 12-də başlanacaq bu "təkli" oyuna "Topaz"ın təklif etdiyi əmsallar: "Haddersfild"in qələbəsi 2.25, heç-heçə 3.15, "Fulhem"in qələbəsi 3.00.

Rusiya premyer liqasında da bu gün "qonşular"ın duelləri var. Günün ilk matçında - saat 15-də başlanacaq görüşdə 9-cu sırada qərarlaşan "Orenburq" 2 addım özündən irəlidəki "Rubin"i qəbul edəcək. Son 4 sırada yer alan komandalar da bu gün bir-birləri ilə qarşılaşacaq: "Ufa" - "Krılya Sovetov" (kod 1154, saat 17:30) və "Anji" - "Yenisey" (kod 1159, saat 20:00). Bu və digər matçlara "Topaz"da həm canlı, həm də "təkli" mərc etmək olar.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31