23 Yanvar 2019, Çərşənbə
Platellas rəsmən "Neftçi"də
"Sabah"dan məhsuldar heç-heçə
"Zirə" macarları məğlub etdi
“Sumqayıt” “Vardar”a qalib gəldi

Etopaz

"TOPAZ": BU GÜN O GÜNDÜR - "CİM-BOM"-"FƏNƏR" DERBİSİ

Bu axşam qardaş Türkiyədə obrazlı desək, nəfəslərin tutulacağı, həyatın dayanacağı gündür. İki barışmaz, iki əzəli və əbədi rəqib - "Qalatasaray"la "Fənərbaxça" 132-ci dəfə üz-üzə gələcək. Prinsipial rəqiblər hazırda fərqli günlər yaşayır. 10 turda 19 xal yığan "Qalatasaray" 3-cü sırada qərarlaşıb. Tarixinin ən uğursuz mövsümlərindən birini keçirən "Fənər" isə 10 oyundan cəmi 9 xal yığmaqla 15-ci sırada yer alıb.  5 gün əvvəl öz meydanında "Ankaragücü"nə məğlubiyyətdən sonra  holland baş məşqçi Fillip Koku istefaya göndərilib. Hazırda baş məşqçisiz olan "sarı-lacivərdlilər"i derbi qarşılaşmasına Kokunun köməkçisi olmuş Ervin Kuman hazırlayır. Qardaşı Ronald Kumanla yanaşı, ötənlərin tanınmış futbolçularından olmuş Ervin üçün bu derbinin nəticəsi böyük əhəmiyyət daşıyır. Türk mediasının yaydığı xəbərlərə görə, "Fənərbaxça" prinsipial rəqibini məğlub edərsə, rəhbərlik baş məşqi axtarışlarını dayandıracaq və bu postda Ervin Kumanı saxlayacaq.

Amma "Fənər"in vəziyyəti o qədər mürəkkəbdir ki, Kumanın bu vəzifənin öhdəsindən gələcəyi şübhə doğurur. Ardıcıl uğursuzluqlardan yaranan psixoloji gərginlik bir tərəfdən, digər yandan da 3 əsas oyunçu derbidə meydana çıxa bilməyəcək. Slimani ötən oyun qırmızı vərəqə alıb. Mehmet Ekici və Mehmet Topal isə zədəlidir. "Qalatasaray"da zədəli Emre Akbabanın oynamayacağı dəqiqdir. Serdar Aziz, Belhanda, Eren Derdiyok, Fequili və Naqotomonun oynayacağı isə sual altındadır. Hazırkı vəziyyət fərqli osa da, statistikada "Fənər"in üstünlüyü var. İndiyədək baş tutan 131 derbidən yalnız 39-nu "Qalatasaray" qazanıb. 51 görüşdə "Fənərbaxça" üstün olub. 41 qarşılaşma isə heç-heçə bitib. Superliqadakı son 7 derbidə "Cim-Bom" "Fənər"i məğlub edə bilməyib (4 heç-heçə, 3 məğlubiyyət). İndi Fatih Terimin komandası rəqibin ağır vəziyyətindən istifadə edib bu "qara statistika"ya "dur" deyə bilər. Türkiyənin təcrübəli hakimlərindən Fırat Aydınusun idarə edəcəyi qarşılaşma saat 22-də başlayacaq. İstanbul derbisi Azərbaycanda da həmişəki kimi böyük maraqla izlənəcək. Bu maraq və həyəcana isə "Topaz"la bir az da rəng qata bilərsiz. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru İstanbul derbisinə həm canlı, həm də "təkli" mərc qəbul edir. Əmsallar: "Qalatasaray"ın qələbəsi 1.95, heç-heçə 3.20, "Fənərbaxça"nın qələbəsi 3.65. "Alt"ın əmsalı 1.70-ə, "üst" isə 2-yə bərabərdir.

Derbidən başqa, "Topaz"ın bugünkü proqramında daha 98 matç var. Onlardan 32-sinə canlı, 4-nə isə "təkli" mərc etmək mümkündür. İntuisiya ilə pul qazanmaq üçün üçün "Topaz" yeganə doğru vasitədir. Özünüzə güvənin və qazanın.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31





Click to Visit