29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Etopaz

GÜNÜN KUBOK OYUNLARI "TOPAZ"DA

Bu axşam Avropanın bir sıra ölkələrində kubok oyunları keçiriləcək. Söhbət İngiltərə, Fransa, İspaniya, Almaniya, Hollandiya, Türkiyə, Polşa, Yunanıstan, Xorvatiya, Avstriya və Rumıniyada baş tutacaq matçlardan gedir. Belçika liqasında isə növbəti turun qarşılaşmaları oynanılacaq.

Bütün bu görüşlər Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"ın bugünkü proqramında yer alıb. "Topaz" bu gün öz müştərilərinə ümumilikdə 116 matç təklif edir. Onlardan 47-si canlı mərcə açıq olacaq. 14 matça isə "təkli oyun" kimi mərc etmək olar.

"Təkli oyunlar"dan 5-i Almaniya Kubokunun görüşləridir. 2-ci mərhələnin maraqlı oyunlarından biri  "Hannover"lə "Volfsburq" arasında baş tutacaq. Bu mərhələdə qalib bir oyunun nəticəsinə əssən müəyyənləşdiyindən tərəflərin qələbə üçün maksimum güc sərf edəcəyi şübhə doğurmur. "Hannover"lə "Volfsburq" indiyədək 30 dəfə üz-üzə gəlib. Bu duellərdən 15-ni "yaşıl-ağlar", 9-nu isə hannoverlilər qazanıb. "Volfsburq" sonuncu dəfə "Hannover"ə səfərdə 2013-cü ildə uduzub. Bununla belə. axşamkı dueldə tərəflərin qələbə şansı yarıbayarı dəyərləndirilir. "Topaz"da həm canlı, həm də "təkli" mərc edə biləcəyiniz bu oyunun əmsalları belədir: "Hannover"in qələbəsi 2.55, heç-heçə 3.25, "Volfsburq"un qələbəsi 2.50.

Fransada isə Liqa Kubokunun oyunları keçiriləcək. 116 final mərhələsinin ilk görüşündə "Monpelye" ilə "Nant" qarşılaşacaq. Bu dueldə də növbəti mərhələyə vəsiqənin taleyi bir oyunla həll olunacaq. "Monpelye" cari mövsümdə əla təsir bağışlayır. Komanda sonuncu dəfə avqustun 11-də uduzub. O vaxtdan bəri keçirdiyi 10 matçdan 6-sənda qalib gəlib, 4-də isə heç-heçə oynayıb. Bəlkə də bu diqqətçəkən seriya  axşam "Nant"la kubok görüşündə qırılacaq. Saat 21:45-də başlanacaq bu qarşılaşmaya "Topaz"ın təklif etdiyi əmsallar: "Monpelye"nin qələbəsi 1.85, heç-heçə 2.90, "Nant"ın qələbəsi 3.80.

İngiltərədə də bu axşam Liqa Kubokunun oyunları var. Günün proqramına daxil edilən "Lester"-"Sautgempton" matçı Lesterdə baş verən məlum helikopter qəzasına görə təxirə salınıb. Belədə bu gün 1/8 finalın cəmi 2 oyunu baş tutacaq. Bunlardan "Bornmut" - "Norviç" dueli daha çox maraq doğurur. "Norviç" çempionşipdə mübarizə aparsa da, "Bornmut"a problem yaradacaq səviyyədədir. Statistika hər iki komandanın formada olmasından xəbər verir. "Norviç" keçirdiyi son 3 matçın hamısında qalib gəlib. Premyer liqada çıxış edən "Bornmut" isə 5 görüşdən 4-də qələbə qazanıb, birində isə heç-heçə oynayıb. Qarşılaşmaya "Topaz"da bu əmsallarla "təkli" mərc edə bilərsiz: "Bornmut"un qələbəsi 1.50, heç-heçə 3.80, "Norviç"in qələbəsi 4.65.

Günün digər maraqlı oyunları ilə topaz.az saytından və ya istənilən "Topaz" məntəqəsində tanış ola bilərsiz. Seçim imkanı genişdir, qərar və qazanmaq isə sizdən asılıdır.

Qazanmaq demişkən, dünən "Topaz" yeni başladığı kampaniyanın ilk qalibləri məlum oldu. Söhbət "10-dan hədiyyə qazan" lotereyasından gedir. İlk tirajda 23 qalib müəyyənləşdi. Onlardan biri "Hyundai Accent 2018" avtomobilinə, 11-i Samsung Galaxy S9" telefonuna, daha 11 nəfər isə "Playstation 4"-ə sahib çıxdı. Tirajin ilk qalibləri həmçinin lotereyanın şərtləri haqda ətraflı məlumatı topaz.az saytından, həmçinin facebook və instagram səhifəmizdən ala bilərsiz.  Oktyabrın 29-u CBC Sport-da yayımlanan "10-dan Hədiyyə Qazan" lotereyasının ilk tirajının videoyazısı İnstagram hesabımızda İGTV hissəsində və rəsmi Facebook səhifəmizdə də paylaşılıb. Növbəti tirajın qalibləri arasında siz də ola bilərsiz.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31