Etopaz
Avropa və Amerikanın futbol klassikası bu gün "Topaz"da
Milli komandaların 5 günlük "oyun həftəsi" başa çatır. Bu gün keçiriləcək 9 matçla UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulacaq. U-21 yığmaları arasında AVRO-2019-un seçmə tsiklinin 24, U-19-lar arasında ilkin seçmə raundun 10, Afrika Millətlər Kubokunun təsnifat mərhələsinin 21 qarşılaşması da bu gun oynanılacaq.
Daha 32 milli komanda isə yoldaşlıq görüşünüdə üz-üzə gələcək. Bir sözlə, futbola zəngin bir gün. Bu rəngarənglik Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"ın çərşənbə axşamına olan oyun proramında da əksini tapıb.
"Topaz"ın bu gün saat 14-dən başlayıb sabah səhər saat 05:45-dəki Meksika-Çili matçına qədər əksər görüşləri əhatə edən proqramında 128 qarşılaşma yer alıb. Bu matçlardan 20-nə "Topaz"da "təkli" mərc etmək mümkündür. Canlı mərc edə biləcəyiniz oyunların sayı isə daha çoxdur. Proqramda yer alan "təkli oyun"lardan daha çox maraq doğuranları bunlardır:
Saat 21:45. Braziliya-Argentina (kod 100).
Dünya futbolunun klassik qarşıdurmalarından biri bu dəfə neytral meydanda - Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq. Tite baş məşqçi postuna gəldikdən sonra Braziliya keçirdiyi 29 matçın yalnız ikisində uduzub. Mundial-2018-dən sonra Lionel Skaloninin başçılığı altında oynayan Argentina isə keçirdiyi 3 görüşdə qapısından qol buraxmayıb. 2 qələbə qazanıb, Kolumbiya ilə 0:0 oynayıb. Əzəzli rəqiblərin duelində müxtəlif səbəblərdən Braziliyadan Marselo, Faqner, Duqlas Kosta, Argentinadan isə Messi, Aquero, İquayn, Roxo, Di Mariya və Baneqi oynamayacaq. Əmsallar: Braziliyanın qələbəsi 1.60, heç-heçə 3.45, Argentinanın qələbəsi 5.20.
Saat 22:45. Fransa-Almaniya (kod 101)
Bu axşam daha bir futbol klassikasını da izləyəcəyik. Son dünya çempionu keçmiş dünya çempionu ilə UEFA Millətlər Liqasında qarşılaşacaq. Fransızlar ardıcıl 14 oyundur uduzmur. Bundestim isə 3 gün əvvəl Millətlər Liqasında Hollandiyadan ağır zərbə alıb (0:3). Qrupun lideri olan Fransa almanlara qalib gələrsə, Yoahim Lövün komandası 1-ci yeri tutmaq şansını itirəcək. Fransa isə qrup liderliyi uğrunda yalnız Hollandiya ilə mübarizə aparmalı olacaq. Bu komandaların ötən ay Almaniyada keçirilən ilk duelində qapılara qol vurulmamışdı. Ümumiyyətlə, bu komandalar arasında indiyədək keçirilən 30 görüşün 13-də fransızlar, 9-da almanlar qalib gəlib. 8 matçda qalib müəyyənləşməyib. Bu dəfəki duelin əmsalları: Fransanın qələbəsi 1.80, heç-heçə 3.50, Almaniyanın qələbəsi 3.95.
Saat 22:45. Ukrayna-Çexiya (kod 480)
Xarkovda keçiriləcək matçın nəticəsi Millətlər Liqasının bu qrupunda bütün suallara aydınlıq gətirə bilər. Ukrayna qalib gələrsə, son turdan asılı olmayaraq yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Andrey Şevçenkonun baş məşqçi postuna təyinatından sonra son 8 oyunda uduzmayan Ukrayna axşamkı duelin də favoriti sayılır. Əmsallar: Ukraynanın qələbəsi 1.65, heç-heçə 3.10, Çexiyanın qələbəsi 4.65.
Bunlardan başqa, "Topaz"ın bugünkü proqramında yer alan Norveç-Bolqarıstan, İrlandiya-Uels, Belçika-Hollandiya, Danimarka-Avstriya, Meksika-Çili kimi maraqlı görüşlərə də "təkli" və "canlı" mərc edə bilərsiniz.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:49
Azərbaycan kuboku: "Zirə" finalda (YENİLƏNİR)
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü