29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Etopaz

"Real" - "Bavariya": Avropa klassikası

Bu axşam Çempionlar Liqasında növbəti yarımfinal matçı keçiriləcək. Madriddə "Real" "Bavariya"nı qəbul edəcək. Bu qarşılaşmanı Avropa futbolunun, Çempionlar Liqasının klassikası da adlandırmaq olar. Komandalar indiyədək 14 dəfə qarşılaşıb və bu görüşlərin 8-də "Bavariya", 5-də isə "Kral Klubu" qalib gəlib. Bir görüşdə isə heç-heçə qeydə alınıb. Bu, tərəflərin Çempionlar Liqasının yarımfinalında 6-cı dueli olacaq. Əvvəlki 5 dueldən 4-də "Bavariya" finala çıxıb. 2000-ci ildəki yarımfinalda isə finala yüksələn tərəf "Real" olub. Tərəflər sonuncu dəfə 2 il əvvəl qarşılaşıb. Münhendə "Bavariya", Madriddə isə "Real" 2:1 hesabıyla qalib gəlib. Penaltilər seriyasında daha dəqiq olan almanlar finala vəsiqə qazanıb. Daha bir maraqlı fakt: "Bavariya" "Santyaqo Bernabeu" arenasında keçirdiyi son 4 matçın heç birində "Real"a qalib gələ bilməyib.

Axşamkı matçda hər iki komanda itkilərlə çıxacaq. "Real"da aparıcı oyunçulardan Xedira, almanlarda isə Tiaqo Alkantara meydana çıxmayacaq. Əvvəlki mərhələlərdə digər alman klubları "Şalke" və "Borrusiya Dortmund"u sıradan çıxaran "Real"ın bundesliqanın ən güclü komandası qarşısında göstərəcəyi nəticə maraq doğurur. Almaniya çempionluğunu vaxtından əvvəl təmin etmiş "Bavariya" bu axşam meydana daha rahat çıxacaq.

"Real"ın isə həm də İspaniya çempionluğu uğrunda gərğin mübarizə apardığını nəzərə almaq lazımdır. Bütün bunları - statistikanı, tarixi, mövcud durumu nəzərə alıb qərar vermək təbii ki, mərc həvəskarlarının işidir. "Kim güclüdür" sualının cavabını www.etopaz.az saytında mərc etməklə verə bilərsiniz. Əmsallar: "Real Madrid"in qələbəsi 2.15, heç-heçə 3.4, "Bavariya"nın qələbəsi 2.75.

www.etopaz.az saytında bu super matça həm də canlı mərc edə bilərsiniz. Bir sözlə, 90 dəqiqəni həyəcan içində keçirməyə sizin üçün www.etopaz.az var. Oynayın və qazanın!!!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31