29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Etopaz

Formaları eyni, hədəfləri fərqli

Bazar ertəsi oyun sayının az olmasına baxmayaraq Azərbaycanın yeganə virtual mərc oyunları dileri olan www.etopaz.az proqnoz həvəskarlarını bu gün də nəzərə alıb. Proqrama 3 "təkli oyun" daxil edilib. Onlardan İtaliya A seriyasının "Udineze"-"Yuventus" matçı daha çox maraq doğurur.
 
A seriyasının "ağ-qara" formalı iki komandası hazırda fərqli durumdadır. "Udineze" elitada qalmaq vəzifəsinin öhdəsindən demək olar ki, gəlib və hazırda A seriyasında güm keçirməklə məşğuldur. "Yuventus"un hədəfi isə həmişəki kimi çempionluqdur. Sadəcə, son turlardakı xal itkiləri "Qoca Sinyora"nın rahatlığını bir qədər pozub. 
 
Nəzərə alsaq ki, 2-ci sıradakı "Roma" liderlə xal fərqini artıq 5-ə endirib, onda "Yuventus"un narahatlığı başadüşüləndir.Turinlilər bu axşam Udinedə qalib gəlməklə xal fərqini yenidən 8-ə yüksəltməyə çalışacaq. "Udineze" ilə son 4 qarşılaşmanın hamısında qalib gələn "Yuventus" bu günkü matçda da aşkar favorit sayılır. Saat 23:45-də başlanacaq görüşə www.etopaz.az saytında bu əmsallarla mərc edə bilərsiniz: "Udineze"nin qələbəsi 5.3, heç-heçə 3.7, "Yuventus"un qələbəsi 1.45.
Gecənin digər "təkli oyun"unda İspaniya La Liqasında "Atletik Bilbao" "Malaqa"nı qəbul edəcək. Bilbao təmsilçisi daha bir qələbə qazanmaqla Çempionlar Liqasına vəsiqə verən 4-cü yerdə möhkəmlənmək istəyir. 
 
"Avrozona"dan xeyli uzaq düşən "Malaqa" üçün isə bu mövsüm heç bir hədəf qalmayıb. Komandalar arasında son 6 duelin ikisi heç-heçə bitib, qalan 4 matçda da isə tərəflər bərabər sayda qələbə qazanıb. La Liqanın son turlarında həm "Atletik"in, həm də "Malaqa"nın "üst" oynadığını da nəzərinizə çatdıraq. Gecə saat 1-də başlanacaq bu "təkli oyun"un www.etopaz.az saytındakı əmsalları belədir: "Atletik Bilbao"nun qələbəsi 1.35, heç-heçə 4.1, "Malaqa"nın qələbəsi 5.8.
 
www.etopaz.az saytının bu günə təklif etdiyi digər "təkli oyun" isə Türkiyə superliqasının "Elaziğspor"-"Qaziantepspor" görüşüdür. Saat 22-də başlanacaq matça bu əmsallarla mərc etmək olar: "Elaziğspor"un qələbəsi 2.15, heç-heçə 3.3, "Qaziantepspor"un qələbəsi 2.75.
Təklif bizdən, dəyərləndirmək sizdən. Bol şanslar!!!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31