28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Etopaz

Biri formal, biri normal

Bu axşam futbol üzrə Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək. Artıq çoxları "Real Madrid"i ilk yarımfinalçı hesab edir. "Kral Klubu" öz meydanında "Borrusiya Dortmund"a 3 cavabsız qolla qalib gələrək cavab görüşünü formallığa çevirib. Düzdür, Dortmundda Robert Levandovskidən ötən ilki kimi "Real"la oyunda 4 qol - "poker" gözləyənlər də var. Amma futbolçu özü bunun real olmadığını açıqlayıb. Başqa sözlə, almanların bu gecə möcüzə edəcəyi inandırıcı görünmür. "Borrusiya"nın axşamkı dueldə yeganə itkisi cəzalı Sebastyan Keldir. "Real"da isə zədəsini sagaldan Ronaldo və Di Mariyanın meydana çıxacağı gözlənilir. Saat 23:45-də başlanacaq qarşılaşmaya www.etopaz.az-da həm "tək oyun" kimi, həm də canlı mərc edə bilərsiniz. Əmsallar: "Borrusiya Dortmund"un qələbəsi 2.9, heç-heçə 3.3, "Real Madrid"in qələbəsi 2.0.

Dortmunddakı formal xarakterli oyundan fərqli olaraq Londonda keçiriləcək "Çelsi"-"Pari Sen Jermen" qarşılaşması intriqa ən yüksək həddə olacaq. Parisdə 1:3 hesabıyla uduzan "Çelsi"nin qarşısında indi çətin vəzifə durur. Londonlu azarkeşlər özlərinə ümid verərək 2012-ci ildə "Napoli"ylə baş tutan oyunları xatırlayır. O zaman səfərdə 1:3 hesabıyla uduzan "Çelsi" evdə əsas vaxtda eyni hesabla qalib gəlmiş, ekstra-taymda isə daha 1 qol vuraraq növbəti mərhələyə adlamışdı. Görək, "London zadəganları" eyni qəhrəmanlığı təkrarlaya biləcəkmi? Amma İbrahimoviçli, Kavanili, Lavessili PSJ-nin hazırda güclü təsir bağışladığını da unutmaq olmaz. Fransızlıar oyuna optimal heyətlə çıxacaq. "Çelsi"də isə Ramires cəza üzündən oynamayacaq. www.etopaz.az-da bu qarşılaşmaya "təkli oyun" kimi mərc edə bilərsiniz. Əmsallar: "Çelsi"nin qələbəsi 1.65, heç-heçə 3.5, "Pari Sen Jermen"in qələbəsi 3.9. Futbol keyfini Çempionlar Liqası və www.etopaz.az-la yaşayın. Həm də unutmayın aprelin 4-dən www.etopaz.az-da "4-lər" kampaniyası başlayıb. Mayın 17-dək davam edəcək kampaniyada bir dəfəyə tutmayan 4 və daha yüksək məbləğli kuponlar keçərlidir. Kampaniyanın şərtlərinə görə, tutmayan kuponların 4%-i bonus şəklində müştərinin hesabına yüklənəcək. Kampaniyaya canlı mərc kuponları daxil deyil.

Bizdən bu qədər, oynamaq və qazanmaq isə sizin öhdənizə düşür. Bol şanslar!!!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31