29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Etopaz

Avroliqa oyunlarına "tək" mərc fürsəti

Çempionlar Liqasının ardınca bu axşam qitənin digər klub turniri - Avropa Liqasında da 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Hollandiya, Portuqaliya, Fransa və İsveçrədə baş tutacaq bu matçların hər birinə www.etopaz.az saytında "tək oyun" kimi mərc edə bilərsiniz. 4 oyunun hamısı eyni vaxtda - gecə 1-ə 5 dəqiqə işləmiş başlayacaq.
 
Fransada keçiriləcək "Lion" - "Yuventus" görüşünə isə həm də canlı mərc etmək olar. Hər iki komanda daxili çempionatda son turda uduzub: "Yuve" "Napoli"yə 0:2, "Lion" isə "Sent Etyen"ə 1:2. Deməli, bu axşam qələbə qazanmaqla azarkeşlər önündə bəraət almaq lazımdır. A seriyasında rəqiblərini böyük fərqlə arxada qoyan "Yuventus" çempionluğun bir addımlığındadır. Bu səbəbdən "Qoca Sinyora" rahatlıqla Avroliqa matçlarına çıxa bilər. Bu isə "Lion"un işini xeyli çətinləşdirəcək. Fransız klubu əvvəlki kimi əzəmətli deyil.  
 
Fransa Liqasında çempionluq şansını itirən "aslanlar"ın indi əsas hədəfi avrokuboklara vəsiqə almaqdır. Maraqlıdır, "Lion" heç olmasa öz meydanında Avroliqanın əsas favoritinə gücünü göstərə biləcəkmi? www.etopaz.az saytının bu maraqlı qarşılaşma üçün təklif etdiyi əmsallar belədir: "Lion"un qələbəsi 4.6, heç-heçə 3.45, "Yuventus"un qələbəsi 1.55. Canlı mərcə qoşulanlar isə matçın gedişindən asılı olaraq tez-tez dəyişən əmsallarla oynayacaq.
 
"Yuventus" kimi "Benfika"nın da daxili çempionatda işləri yaxşı gedir. Finişə 5 tur qalmış komanda ən yaxın izləyicisi "Sportinq"i 7 xal qabaqlayır. Portuqaliya çempionluğuyla yanaşı Avroliqanı da qazanmaq niyyətində olan "Benfika" hələki yoluna inamla davam edir. "Az Alkmaar" isə Hollandiya erediviziyasında bu mövsüm hətta 5-ci olsa belə, böyük işdir. Dik Advokatın komandası bütün gücünü Avroliqaya yönəldib. Advokat oyun ərəfəsində bildirib ki, o rəqibə hörmətlə yanaşı, amma "Ayaks" "Barselona"ya qalib gələ bilirsə, "Alkmaar" niyə də "Benfika"nı məğlub etməsin? Bu sualı "Alkmaar"ın baş məşqçisi verib, qoy, məsuliyyətini də özü daşısın. Hər halda "Az Alkmaar"ın "Ayaks" kimi qəhrəmanlıq edib-etməyəcəyini bu gecə biləcəyik. www.etopaz.az saytında bu "təkli oyun"un əmsalları belədir: "Az Alkmaar"ın qələbəsi 4.0, heç-heçə 3.6, "Benfika" 1.6.
 
Portuqaliya superliqasında bu mövsüm "Benfika"dan zəif olan "Portu" isə diqqətini ölkə kuboku və Avropa Liqasına yönəldib. Hər iki komandanın ölkə çempionatının son turunda uduzduğunu nəzərə alsaq, demək olar ki, hər iki komanda gücünü Avroliqa matçına saxlayıb. Mövsümə pis başlayan sevilyalılar artıq özünə gəlib. İndi komandanı La Liqada 4-cü yerdə qərarlaşan "Atletik Bilbao"dan cəmi 6 xal ayırır. Ardıcıl qələbələrdən sonra son turda "Selta"ya qəfil məğlubiyyət yerinə düşməsə də, sevilyalılardan bu axşam "Portu"ya ciddi müqavimət gözləmək olar. Bu komandalar 3 il əvvəl də Avroliqada qarşılaşmış və hər iki matçda qonaqlar qalib gəlmişdi. Növbəti mərhələyə səfərdə daha çox qol vuran "Portu" adlamışdı. Buna baxmayaraq axşamkı matçda bukmekerlər meydan sahiblərini favorit sayır: "Portu"nun qələbəsi 1.65, heç-heçə 3.5, "Sevilya"nın qələbəsi 3.9.
 
"Bazel"-"Valensiya" görüşündə isə komandaların şansı demək olar ki, bərabər qiymətləndirilir. Hazırda La Liqada 9-cu olan valensiyalılar əvvəlki gücdə deyil. Məhz buna görə "yarasalar"ın İsveçrə çempionu önündə problem yaşayacğını proqnozlaşdırmaq olar. "Bazel"in zəngin avrokubok təcrübəsi də meydan sahiblərinin xeyrinə olan amillərdəndir. Görək, La Liqanın son turlarında zarkeşlərini üzən "Valensiya" "günahlar"ını "Bazel"lə dueldə yuya biləcəkmi? www.etopaz.az saytının bu matç üçün əmsalları: "Bazel"in qələbəsi 2.75, heç-heçə 3.1, "Valensiya"nın qələbəsi 2.15.
 
Beləliklə, bu gecəni futbol keyfiylə keçirmək üçün www.etopaz.az sizə əla şans verir: 4 "təkli oyun"!!! Oynayın və qazanın!!!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31