19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Ramin Musayev: "Tahir Süleymanovun cəriməsi hələ də ödənilməyib"

Premyer Liqa klublarının 90 faizinin cərimə borcları var”. Bu sözləri apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

AFFA İntizam Komitəsinin daxili yarışlar zamanı qeydə alınan qanun pozuntularına dair kəsdiyi cərimələrin ödənilməsi ilə bağlı problemlər var. Bir çox klublar cərimələri ödəməkdə çətinlik çəkir və əksər hallarda gecikmələr olur.

Musayev bildirib ki, bu məsələdə klublara güzəştə gedirlər: “Əksər klubların borcu var. Düzdür, məbləğ elə də böyük deyil. Məsələn, 100 min manat həddinə çatan klub yoxdur. Borclar əsasən sonuncu turlarda kəsilən cərimələri əhatə edir. Onu da ödəyəcəklər”.

İntizam Komitəsi, Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” - “Neftçi” matçından sonra qonaq klubun vitse-prezidenti Tahir Süleymanovun KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FİFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyini əsas gətirərək, onu 10 oyunluq cəzalandırıb, kluba isə 20000 manat cərimə kəsib.

Süleymanov bir neçə gün öncə açıqlamasında bankdan kredit götürərək, cəriməni ödəyəcəyini söyləmişdi. Lakin PFL prezidenti ilə söhbət zamanı məlum oldu ki, “borc dəftəri”ndə Tahir bəyin də adı var: “Xeyr, Tahir Süleymanovun cəriməsi hələ də ödənilməyib”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30