20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Xəzər Lənkəran” növbəti yubiley müsabiqəsinə start verdi

“Xəzər Lənkəran” Futbol Klubunun 10 illik yubileyi ilə əlaqədar İdman Araşdırmalar Mərkəzi klubla birgə yeni bir lahiyəyə start verib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İAM klubla birgə “ Xəzər Lənkəran” futbol klubunun tarixi və inkişaf perspektivləri” mövzusunda yazı müsabiqəsini aşağıdakı formada  elan edib:

Müsabiqənin şərtləri:

1. Yazı elan edilmiş mövzuya uyğun olmalıdır (Elan olunmuş mövzunun sərlövhəsinin dəyişdirilməsinə yol verilmir);

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;

3. Yazı qəzetlərdə və ya saytlarda dərc edilməlidir;

4. Yazıda “İdman Araşdırmalar Mərkəzinin “Xəzər Lənkəran” futbol klubunun 10 illik yubileyi münasibətilə elan etdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir;

5. Yazının dərc olunduğu mətbu orqan (qəzetdirsə 1 nüsxə, saytdırsa, linki), A4 formatda çap (3 nüsxə - müəllifin imzası göstərilməməlidir) variantları İAM-ın Ekspert və Qiymətləndirmə Qrupuna təqdim olunmalıdır;

6. Yazılar A3 formatda 1 səhifədən (9 - 11 min işarə) çox olmamalıdır.

7. İAM-ın Ekspert və Qiymətləndirmə Qrupuna yazıların son təqdim edilmə tarixi 30 aprel 2014-cü ildir.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:

I yer - 800 manat;

II yer - 600 manat;

III yer - 400 manat;

Həvəsləndirici mükafat - (3 nəfər) hərəyə 200 manat. 


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30