18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Neftçi”nin təklifi İran mətbuatında böyük əks-səda doğurdu

“Neftçi” “Traktor Sazi”ni İran kubokunu qazanması münasibətilə təbrik edib. Futbolxeber.az-ın məlumatına görə, “Neftçi” tərəfindən göndərilən rəsmi məktubda “Traktor Sazi”yə yoldaşlıq oyunu keçirmək təklif edilib. Bu xəbər İran mətbuatında böyük əks-səda doğurub. İranın məşhur xəbər saytlarında bununla bağlı məqalələr dərc olunub. Yazıların birində “Traktor Sazi”nin baş məşqçisi Toni Oliveyranın mətbuat konfransında “Neftçi”nin bu təklifinə münasibət bildirdiyi qeyd olunub: “Neftçi” ilə oyun komandamız üçün çox faydalı ola bilər”.

Digər məqalədə “Neftçi”nin Təbriz komandaları ilə keçirdiyi oyunlar xatırlanıb. Qeyd olunub ki, “Neftçi” sonuncu dəfə 1991-ci ildə qarşılaşdığı “Traktor Sazi” və “Maşın Sazi” klublarını uyğun olaraq 4:2 və 3:1 hesabı ilə məğlub edib.


neftchipfk.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30