24 Noyabr 2026, Çərşənbə axşamı
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Ölkə futbolu

Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb

Azərbaycan Premyer Liqasının XII turu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Kəpəz"lə görüş təcrübəli mütəxəssisin baş məşqçi karyerasında ümumilikdə 900-cü, "Qarabağ"da isə 850-ci oyun kimi tarixə düşüb. O, indiki klubundan başqa "Neftçi"də 38, Azərbaycan millisində 12 matçda iş başında olub.

Qurbanovun karyerasındakı 900 görüşdən 598-i Premyer Liqada, 88-i ölkə kubokunda, 202-si avrokuboklarda baş tutub. Millidəki 12 qarşılaşma da nəzərə alınmaqla, onun komandaları 520 qələbə qazanıb, 208 heç-heçə edib və 172 dəfə uduzub.

"Qarabağ"dakı 850 qarşılaşmadan 570-i Premyer Liqa, 80-i kubok, 200-ü qitə kuboklarına təsadüf edib. Bu matçlarda 491 qələbə, 197 heç-heçə və 162 məğlubiyyət qeydə alınıb.

Qeyd edək ki, iki turdan sonra Premyer Liqada 600-cü matçına çıxacaq mütəxəssisin həm karyerasında, həm də indiki klubunda debütü də bu turnirə təsadüf edib. 2006-cı il avqustun 6-da "Neftçi"nin "sükanı arxası"nda "Gənclərbirliyi" ilə ev qarşılaşmasında (6:1) debüt edən Qurbanov 2008-ci il avqustun 9-da "Bakılı" ilə səfər matçında (2:1) "Qarabağ"ı ilk sınağa çıxarıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30