19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Subotiç: “Qolları təkcə mənim ayağıma yazmaq düzgün deyil”

AZAL - “Qəbələ” matçında "qırmızı-qaralar"ın ilk qoluna imza atan Daniel Subotiç klub tarixində yeni rekord müəyyənləşdirdi. Futbolxeber.az-ın məlumatına görə, serb hücumçu mövsümdə 10-cu qolunu vurmaqla Premyer Liqada “Qəbələ”nin bir çempionatda ən çox fərqlənən futbolçusu oldu. Bunadək rekord 9 qola bərabər idi. 2010/11 mövsümündə Deon Barton, növbəti çempionatda isə Yannik Kamanan və Dodo yarışı 9 qolla tamamlamışdı. Bu 3 futbolçunun rekordunu ötən tur təkrarlayan Daniel artıq mütləq rekordçu adına yiyələndi. O, hazırda 10 qolla çempionatın bombardirlər siyahısına da başçılıq edir.

Matçın ardından fikirlərini gabalafc.az-la bölüşən hücumçu qarşılaşmanın çətin keçdiyini, amma komandasının xarakter göstərərək qalib gəldiyini bildirdi: “Çempionatda ilk oyunumu da AZAL-a qarşı keçirmişdim. Sözügedən komandaya qarşı oynamaq çətindir. Müdafiədə diqqətlidirlər. Hər iki oyun mənim üçün ağır keçdi. Xosbəxlikdən ilk matçda olduğu kimi bu qarşılaşmada da fərqlənə bildim və biz eyni hesablı əzmkar qələbə qazandıq. Komandamız görüşdə xarakter göstərdi, məğlub durumdan qalib gəlməyi bacardıq. Önəmli olan 3 xalı qazanmaq idi ki, bunun da öhdəsindən gəldik".

Bombardirlər siyahısında ilk sıraya yerləşməsinə münasibət bildirən Subotiç qarşıdakı turlarda qollarının sayını artıracağına inandığını söylədi: "Hücumçu kimi mənim vəzifəm qol vurmaqdı. Meydançaya da buna görə çıxıram. Çempionata uyğunlaşdıqdan sonra qollarımı sıralayacağımı bilirdim. Təbii ki, qolları təkcə mənim ayağıma yazmaq düzgün deyil. Hər bir qolun vurulmasında mənim qədər ətrafımdakı futbolçular da əziyyət çəkirlər. Buna görə də komanda yoldaşlarıma minnətdaram. Hazırda hesabımda 10 qol var və bu sayı artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Turdan tura qolların sayını artıracağıma inanıram".

Subotiç son iki ev məğlubiyyəti və növbəti turda baş tutacaq "Qəbələ"-"Rəvan" matçı barədə də fikirlərini açıqladı: "Qarabağ" və "Xəzər Lənkəran"la oyunlarda bir sıra fərdi səhvlərə yol verdik. "Xəzər Lənkəran"la matçda yaxşı təsir bağışlasaq da, qələbəni qoruya bilmədik. Üçüncü qolu vurmaq şansımız oldu, amma bu imkandan yararlana bilmədik. Bizim üçün bəxtsiz gün idi. Qarşıda bizi "Rəvan"la görüş gözləyir. Çempionatdakı hər oyun çətindir. Komandaları turnir cədvəlindəki mövqeyinə görə dəyərləndirmək düzgün deyil. Fərqi yoxdur rəqib "Qarabağ"dır, yoxsa "Rəvan". Bütün oyunlara ciddi yanaşırıq. İnanıram ki, qarşılaşmaya yüksək səviyyədə hazırlaşıb hədəflədiyimiz 3 xala sahib olacağıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31