20 Noyabr 2026, Cümə
Böyük futbol Xankəndiyə qayıtdı
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi

Ölkə futbolu

Samir Abasov: “Futbolçular pley-off şansını bilsəydilər belə, Lixtenşteynə çox qol vura bilməzdik”

"Yəqin ki, Şahruddin fikirlərini tam izah edə bilməyib".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov Sport24.az-a açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin Lixtenşteynlə oyunda daha çox qol vurmaqla bağlı fikirlərinə münasibət bildirib.

O, yığmanın hazırkı potensialının buna imkan vermədiyini düşünür: "Amma bir məsələni əminliklə deyə bilərəm ki, millinin futbolçuları pley-off şanslarını bilsəydilər belə, Lixtenşteynə çox qol vura bilməzdik. Çünki hazırda bizim gücümüz və imkanlarımız buna çatmır. Bizim maksimumumuz bir qol vurmaq, qələbə qazanmağa çalışmaq və ya məğlub olmamaqdır. İndiki vəziyyətdə istədiyimiz rəqibə qarşı 4-5 qol vuracaq səviyyədə deyilik. Bunun üçün həm oyun keyfiyyətimizi artırmalı, həm də daha yaxşı nəticələr qazanmalıyıq. Şahruddinin pley-off şanslarını bilməməsi də normal haldır. Düşünürəm ki, o, sadəcə mövcud vəziyyəti nəzərə alaraq fikirlərini ifadə edib".

Qeyd edək ki, Azərbaycan millisinin qapıçısı yerli mətbuata açıqlamasında Lixtenşteynlə son tur matçında ən azı iki qol vurmalı olduqlarını bilmədiklərini, həmçinin Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaq üçün D divizionunda birinci yeri tutmağın əhəmiyyətindən xəbərsiz olduqlarını bildirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30