18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Rəvan” - nəticələr yox, rəhbərlik dəyişir!

Azərbaycam Premyer Liqasında mübarizə aparan “Rəvan” klubu ciddi dəyişiklər astanasındadır. Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt təmsilçisinin rəhbərliyi istefaya göndəriləcək.
 
Belə ki, klub prezidenti Müşfiq Səfiyev, vitse-prezident Bəhruz Şirəliyev və idman direktoru Füzuli Əliyev tutduqları vəzifələrdən azad ediləcəklər.
 
Prezident postuna hazırda “Rəvan”ın sponsoru olan “Nurgün” Şirkətlər Qrupunda çalışan Samir Məmmədovun təyin olunacağı gözlənilir. Vitse-prezidentin kim olacağı dəqiqləşməsə də, Şirəliyevin klubda başqa bir vəzifə tutmaq ehtimalı var.
 
AFFA-nın İcraiyyə Komitəsinin Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə əlaqədar fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması ilə bağlı qərarından irəli gələrək, bu post əcnəbi mütəxəssisə tapşırılacaq.
 
Qeyd edək ki, “Rəvan” klubu tez-tez baş məşqçi dəyişməklə tanınıb. Paytaxt təmsilçisinin hazırkı çalışdırıcısı türkiyəli Güvənç Kurtar cari mövsümdə bu vəzifəni icra edən 4-cü mütəxəssisdir. Lakin görünür, məşqçi dəyişikliklərinin heç bir fayda vermədiyini anlayan sponsorlar çıxış yolu kimi klub rəhbərliyini yeniləməyi məqsədəuyğun sayıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30