25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Kaxaber Tsxadadze: “Üç xal itirdik”

“Maraqlı və sürətli oyun oldu. Azarkeşlərin bu oyundan zövq aldığını düşünürəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis 3 xal itirdiklərini bildirib: “Oyunu taktiki cəhətdən yaxşı qurmuşduq, rəqib topla yaxşı rəftar edir, onlara rahat oynamaq üçün boş sahə vermədik. “Neftçi” qol buraxdıqdan sonra toparlana bildi, bu da komandanın gücünü göstərir. Çox maraqlı çempionat gedir, son turlara kimi mübarizə davam edəcək. “Bakı” ilə oyuna kimi bərpa olunmaq üçün çox az vaxtımız var. Komandaya oyuna görə təşəkkür edirəm. Bu vəziyyətdə 3 xalı itirdiyimizi düşünürəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30