19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Simurq” və “İnter”ə cəza yağışı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 13 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Simurq” - “İnter” matçının 84-cü dəqiqəsində “İnter” klubunun 8 №-li futbolçusu Coşqun Diniyev qol vurduqdan sonra rəqibin azarkeşləri olan tribunaya tərəf qaçaraq azarkeşlərə qeyri-etik jest göstərib. Bu hadisədən sonra azarkeşlər meydana daxil olmuş və hər iki klubun futbolçuları və azarkeşlər arasında münaqişə baş verib. Baş vermiş insident aradan qaldırıldıqdan sonra oyun bərpa edilib. İntizam Komitəsi yuxarıda qeyd edilənləri nəzərə alaraq aşağıdakı qərarları qəbul edir:

· Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunur (maddə 40).

· Oyun zamanı təhlükəsizlik təmin olunmadığı üçün “Simurq” klubu 2500 manat cərimə olunur (maddə 50).

· Klub üzvlərinin iştirakı ilə oyunda yaranmış məcburi fasilə və baş vermiş iğtişaşa görə hər iki klub 1500 manat cərimə olunur (maddə 49, B bəndi).

· “Simurq” klubunun 7 №-li futbolçusu Sahib Abbasov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 1500 manat cərimə olunur (maddə 39.2).

· “İnter” klubunun 18 №-li futbolçusu Fərhad Budaqov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 1500 manat cərimə olunur (maddə 39.2).

· “Simurq” klubunun inzibatçısı Mahmud Rasizadə dava-dalaşda iştirak etdiyinə görə 10 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunur (maddə 39.3).

· Baş vermiş hadisənin səbəbkarı “İnter” klubunun 8 №-li futbolçusu Çoşqun Diniyev dava-dalaşda iştirak etdiyinə və azarkeşlərə qarşı qeyri-etik jestinə görə 9 oyunluq cəzalanır, klub 2500 manat cərimə olunur (maddə 39.2, maddə 42.1).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30