28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Platye: "Heç kim istəməzdi ki, belə olsun"

“Neftçi” PFK-nın futbolçusu Melvin Platye klubun rəsmi saytına açıqlama verib. Futboilxeber.az-ın məlumatına görə, hollandiyalıə futbolçu bəxtlərinin gətirmədiyini bildirib: "Əsas heyətimizin 4-5 futbolçusunun çıxış etməməsinə baxmayaraq, “Bakı” klubu ilə oyun bərabər səviyyədə keçdi. Nəticəyə gəldikdə isə sadəcə bəxtimiz gətirmədi. Elə təkcə mənim bu matçda bir neçə dəfə qol vurmaq imkanım oldu. Təəssüf ki, bu vəziyyətlərdə yararlana bilmədim. Rəqib isə əksinə, əlinə düşən fürsətlərdən maksimum istifadə etdi. Əlbəttə, heç kim istəməzdi ki, belə olsun. Həmin vəziyyətləri boşa verməsəydim nəticə fərqli ola bilərdi. Bu səbəbdən də azarkeşlərimizdən üzr istəyirəm. Başa düşürəm ki, hücumçu kimi vəzifəm qol vurmaqdır və gələcək oyunlarda bu uğursuzluğu unutduracağam. Bizi yalnız qızıl medallar qane edir. Çempionluq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə bunun öhdəsindən gələ biləcəyik. “İnter”lə oyunda da sadiq “Neftçi” azarkeşlərini stadiona dəvət edirik”.
17 Fevral 2014
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31