24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

AZAL-ın onuncu avtoqolu

Azərbaycan Premyer Liqasında ardıcıl 2-ci tur avtoqol qeydə alınıb. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, mövsümün 7-ci uğursuzu AZAL-ın müdafiəçisi Tural Nərimanov olub.
 
Arxa xətt oyunçusu 21-ci turun “Qarabağ”la səfər matçında hesabı açıb. Bu top AZAL-ın cari mövsüm keçirdiyi qarşılaşmalarda ilk avtoqol olub. “Qarabağ” isə artıq ikinci dəfə rəqib qoluna sevinib. Mövsümün ilk yarısında “Sumqayıt”la görüşdə qapıçı Anar Nəzirov avtoqol müəllifi olmuşdu.
 
Ümumilikdə isə AZAL ən çox öz qapısına qol vuran komandalardan sayılır. 2005/06 mövsümündən Premyer Liqada çıxış edən bakılılar bu müddətdə 10-cu dəfə avtoqola üzülüb. Ona qədər Usim Nduka 2, Abdulkader Kamara, Alveş Dos Santos, Ritus Krjauklis, Bronislav Arsenyeviç, Emin Ağaməmmədli, Aydın İslamov, Xuan Fransisko hərəyə 1 dəfə uğursuzluq yaşamışdı. Bu göstəricidə yalnız “Qarabağ” daha böyük göstəriciyə malikdir – 11 avtoqol.
 
Qeyd edək ki, AZAL yalnız 5 dəfə rəqibinin qolu ilə sevinib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30