20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Rahid Əmirquliyev: "Hamı bilir ki, Kamran Azərbaycanda “1 nömrə”dir"

“Xəzər Lənkəran” klubunun kapitanı Rahid Əmirquliyevin müsahibəsi

- Azərbaycan Premyer Liqasında III dövrəyə yaxşı başladınız. Səfərdə lider “Qarabağ” üzərində qələbə və evdə “Neftçi” ilə heç-heçə məqbul nəticədir. Əvvəlki “Xəzər Lənkəran” geri qayıdır, yoxsa belə düşünmək üçün hələ tezdir?

- Təlim-məşq toplanışında yaxşı hazırlıq keçmişik. Turnir cədvəlində vəziyyətimiz yaxşı olmadığı üçün hər oyuna final ab-havası ilə çıxmalıyıq. Fasilədən sonra “Qarabağ” və “Neftçi” kimi komandalara qarşı yaxşı oynamağımız, uğurlu nəticə əldə etməyimiz yerinə düşdü. Bu, növbəti qarşılaşmalarda çıxışımıza müsbət təsir edəcək. Avrokuboka düşmək əsas şərtdir. Müəyyən vaxtlarda istənilən komandada problem ola bilər. Bizdə də müəyyən sıxıntılar vardı. Lakin bu templə davam etsək, layiq olduğumuz yerdə qərarlaşacağıq. Əvvəlki “Xəzər Lənkəran”nın qayıtmasını hamımız istəyirik və bu, belə də olacaq. Hazırda komandada özünəinam hissi çox yüksəkdir.

- “Böyük oyun”da hər şey vardı: ajiotaj, 4 qol, 4 qırmızı  vərəqə, dolu tribunalar... Bu, sizin ürəyinizcə oldu?

- Ümumilikdə götürsək, bəli. İlk yarıda zəif oynasaq da, fasilədən sonra üstün tərəf biz idik. Əzmkarlıq göstərdik, məğlubiyyətdən qaçdıq. 4 qırmızı vərəqədən 3-ü biz hesabı bərabərləşdirəndən sonra verildi. Açığı, həmin vaxt Ağabala Ramazanovun ədəbsiz jest göstərib-göstərmədiyini görmədim. Ancaq “Neftçi”nin futbolçuları düz hərəkət etmədilər. Onların 2 oyunçusunun Ağabala ilə haqq-hesab çəkmək istəməkləri yaxşı hal deyil.   

- Hesabda 2 top fərqi ilə geri düşəndən sonra nə düşünürdünüz?

- Geridə olsaq da, komandada inam vardı. Hətta, qələbəyə belə, ümid edirdik, qətiyyən ruhdan düşməmişdik. Baş məşqçimiz Mustafa Dənizli fasilədə dedi ki, biz ən azı 2 qol vuracağıq, ürəkli olun. Hesabı bir qədər erkən bərabərləşdirə bilsəydik, 3-cü qol da gələcəkdi.

- Növbədə daha bir iddialı rəqib - “Qəbələ”dir...

- “Qəbələ” çempionluğa oynayan komandadır. Lakin bizim vəziyyətimiz elədir ki, ancaq 3 xala qane ola bilərik. Azarkeşlərin gərgin mübarizəyə şahidlik edəcəklərini düşünürəm. Hər iki komandanın tanınmış təcrübəli baş məşqçisi var. Üstəlik, onlarda da heyət güclüdür, bizdə də.

- Yeri gəlmişkən, “Qəbələ”nin qapıçısı Kamran Ağayev sizə yaxşı tanışdır, vaxtilə “Xəzər Lənkəran”da çıxış edib. Qapıçın komandanın yarısı olduğunu nəzərə alsaq, onun zəif cəhətlərini bilməyinizi sizin üçün üstünlük saymaq olar?

- Problem ondadır ki, Ağayevin üstün cəhətləri daha çoxdur. Hamı bilir ki, Kamran Azərbaycanda “1 nömrə”dir. Onun qışda “Qəbələ”yə keçməsi işimizi daha da çətinləşdirir. Kamranın dayandığı qapıya qol vurmaq asan məsələ deyil. 


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30