19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Nazim Süleymanov: "Heç baş məşqçinin baxışda olmasını görmüsüz?"

“Neftçi” klubunun sabiq baş məşqçisi Nazim Süleymanovun müsahibəsi

- Son günlər sizinlə əlaqə saxlamaq istəsək də, telefonunuz bağlı idi. Ölkə xaricinə üz tutmuşdunuz?

- Yox, xaricə getməmişəm. Rayonda idim. Yəqin ki, şəbəkə zəif olduğu üçün zəng çatmayıb.

- Cənub bölgəsindən olduğunuzu nəzərə alsaq, yəqin, “Xəzər Lənkəran” - “Neftçi” görüşünü canlı izləmisiniz...

- Xeyr, getməmişdim. Televiziya vasitəsi ilə canlı yayımlanmadığından, baxa bilmədim.

- “Neftçi” ilə yollarınızı ayırmağınızdan bir aydan çox vaxt keçib. Bu müddətdə paytaxt klubundakı işinizi analiz edib, lazımı nəticələr çıxarmış olarsınız, elə deyil?

-  Əlbəttə, bunun özü də təcrübədir. İnsan səhvləri üzərində öyrənir.

- Məsələn, “Neftçi”dəki iş təcrübəsi sizə nə öyrətdi, nə verdi?

- Bu, mənim özümə aid olan məsələdir. Bəzi şeylərdən dərs çıxardım.

- Bəzi şeylər deyərkən, nəyi nəzərdə tutursunuz? Məsələn, elə məşqçilər var ki, hansısa klubun başına keçəndə, ilk işi gələcəkdə ona problem yaradacaq futbolçuları heyətdən kənarlaşdırırlar. Sizin də istefanıza bəzi futbolçuların da səbəb olduğunu nəzərə alsaq, bu məqamı qeyd etmisiniz?

- Keçmiş barədə ətraflı danışmaq istəmirəm. Bircə onu deyim ki, işimin başında olan zaman gələcək haqda başqa planlarım vardı. Başqalarının nə düşündüyündən, nə planladığından xəbərim yox idi. İstefam haqda düşündüklərindən xəbərim yox idi.

- “Böyük oyun”u izləmədiyinizi söylədiniz. “Neftçi” qələbəni əldən verməklə yanaşı, həm də AFFA İntizam Komitəsi tərəfindən ağır cəzaya məruz qaldı. Tahir Süleymanovun 10, qırmızı vərəqə alan Karlos Kordoso və Bruno Bertuççinin 4, Tərlan Quliyevin 1, ədəbsiz jestə görə Mahir Şükürovun 3 oyunluq cəzalanması “Neftçi”dəki intizamsızlıqdan xəbər verir?

- Futbolçu öz hisslərinə hakim olmalıdır. Eləcə də, klubu təmsil edən şəxslər diqqətli davranmalıdırlar. Yalnız bunları söyləyə bilərəm.

- “Neftçi”dən ayrıldıqdan sonra hansısa təklif almısınızmı?

- Nəsə bir şey olanda, siz məndən qabaq bilirsiniz (gülür).

- Digər məşqçilərimizi başa düşdük, əksəriyyətin ölkədən kənarda tanımırlar. Ancaq sizin Rusiyada kifayət qədər nüfuzunuz var. Məsələn, niyə orada çalışmaq üçün təşəbbüs göstərmirsiniz?

- Gərək, adama öz vətənində etimad göstərilsin ki, o da kənara çıxmağa cəhd eləsin.

- Bəlkə, taleyinizlə barışasınız? Axı, vaxtilə “Neftçi”yə lazım olmadığınız üçün Rusiyaya yollanıb, “Alaniya”nın heyətində parlamısınız. Eyni şeyi məşqçi Nazim Süleymanov da edə bilməz?

- Komandada futbolçuların sayı 25-30 arası olur. Hansısa komandanın rəhbərliyinə “məni sınayın, heyətə cəlb edin” söyləyə bilərsiniz. Ancaq baş məşqçi 1 nəfər olur və onun hansısa klubda baxışdan keçməsi mümkünsüzdür. Heç görmüsünüz ki, hansısa klub baş məşqçiniz sınaqdan keçirsin? Sözümün canı odur ki, real təklif gəlməlidir. Məşqçi işləyə-işləyə imic formalaşdırmalıdır. Bizdə isə 2-3 ay vaxt verirlər, sonra yaxşı yol!


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30