24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

AFFA-dan “Neftçi”yə “cəza yağışı”

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda qərara alınıb ki, “Xəzər Lənkəran”la oyunun 89-cu dəqiqəsində “Neftçi” klubunun 4 №-li futbolçusu Tərlan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalansın, klub 200 manat cərimə olunsun.

Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 2 №-li futbolçusu Karlos Kardoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 16 №-li futbolçusu Bruno Bertuççi aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Oyunda “Neftçi” klubunun 22-li futbolçusu Mahir Şükürov azarkeşlərə təhqiredici jest göstərdiyinə görə 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30