20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Bakı” Zaqatala səfəri öncəsi son məşqinə çıxdı

İki gün sonra “Bakı” Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində səfərdə “Simurq”la qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, komanda bu gün səfəröncəsi son məşqini keçirib.

Saat 11:00-da yüngül qaçışla başlanan hazırlıq isinmə hərəkətləri ilə davam edib. Ardınca 4 qrupa bölünən oyunçular qısa məsafələrə sürətli yer ötürmələri üzərində çalışıb. Daha sonra baş məşqçi Milinko Pantiç yetirmələrini ikitərəfli oyunda sınaqdan keçirib. Meydanın yarı hissəsində şərti olaraq “yaşıllar” və “sarılar” arasında baş tutan mübarizədə ikincilər 10:5 hesabı ilə üstün olub. Sonda müxtəlif dartınma hərəkətlərini də icra edən futbolçular bununla paytaxtdakı son məşqini başa vurub.

Xatırladaq ki, zədəli olan Vadim Abdullayev hazırlıqda iştirak etməyib. Marius Pena isə meydanboyu qaçmaqla kifayətlənib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30