Ölkə futbolu
Bizim futbolda təlxəkləri kim yetişdirir? YAZI
AFFA İcraiyyə Komitəsinin son iclasında belə bir qərar verilib ki, Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunmalı və onun məvacibi bu qurumun hesabına ödənilməlidir. Qərara uyğun olaraq da, Daryl Willard (İngiltərə) AZAL, Frank Bernhardt isə (Almaniya) "Sumqayıt"da AFFA tərəfindən təyin olunan idman direktoru vəzifəsində işə başlayıb.
AFFA-nın saytı bu qərarı rəsmən açıqlayandan sonra bizdə ənənəvi hay-küy yenə baş qaldırdı: özümüzünkülər qalıb bir kənarda, federasiya klublara da xariciləri doldurur. Çox uzatmadan və kinayəsiz-filan deyim: AFFA düz edir! Ona görə düz edir ki, ta SSRİ dönəmindən bugünkü dövrümüzə qədər bizim uşaq məşqçilərinin əksəriyyətinin futbol savadı, dünyagörüşü, keçdiyi hazırlıq prosesi sıfır səviyyəsində olub. Onlar oyunçuları bir futbolçu kimi bədbəxt günə qoyublar, düşüncələrinə mənəvi terror ediblər. Azərbaycan futbolçusu niyə futbol oynamaqdan daha çox inomarka almaq həvəsiylə alışıb-yanır, niyə fikri-zikri futboldan çox pulda-parada qalır? Çünki ona guya dərs keçən bığıburma futbol müəllimi yetirməsini bu düşüncələrlə böyüdüb. “Bir az yekəl, yaxşı oyna və yaxşı pul qazan”. Tipik bazar təfəkkürü, alverçi düşüncəsi.
Amma axı, söhbət təkcə futbolçunun bu çürük düşüncəylə böyüməsində deyil. Bilirsiniz ki, Azərbaycanda neçə-neçə istedadlı, qabiliyyətli yeniyetmə olsa da, həmin uşaqlardakı bu keyfiyyətləri üzə çıxarmağa bizim məşqçilərin elə bil canları çıxır. Olmuş söhbətdir, bu yaxınlarda, futbolla yatıb-qalxan iki istedadlı uşaq bizim üzdə olan klublardan birinin futbol məktəbinə gedib. Hazırlıq zamanı onlardan biri səhv ötürmə verib. Bu zaman məşqçi görün nə deyib: səndən futbolçu olmayacaq, bir də bura gəlmə. Bir adi ötürməyə görə! Bir adi ötürməyə! Və bunu 10 yaşlı uşağa deyib, təsəvvür edirsiniz, 10 yaşlı uşağa, futbol məktəbinə ilk dəfə addım atan uşağa. Özü də çığıraraq, bağıraraq, ifadəmə görə bağışlayın, ən axırda da lap böyürərək deyib. Və o məşqçi bu gün heç də AFFA-nın klublara təyin etdiyi əcnəbi deyil, özünü ya tanışlıq, ya da qohumluqla kluba dürtən azərbaycanlıdır.
10 yaşlı uşağa belə mərhəmət etməyən, ona özünü göstərmək imkanının qarşısını alan ünsürlərlə doludur Azərbaycan futbolu!
Və əmin ola bilərsiniz ki, bizim futbolun rəzil günə düşməsinin səbəbkarı və günahkarı da AFFA-dan daha çox hirsini 10 yaşlı uşaqların üzərinə tökən, onların istedadını, futbola həvəsini beşikdəcə məhv edən o cür məşqçilər olub.
AFFA-nın müvəkkili qismində çıxış etmirəm. Lakin təəssüf ki, acı gerçəklik budur. Bu mənada, bizim klublarda aşağı yaş qrupları üzrə bütün idarəçilik əcnəbi mütəxəssislərə və futbolda gedən proseslərlə peşəkar səviyyədə maraqlanan yerli gənclərə verilməlidir (“Qəbələ” klubunda olduğu kimi). Sovetlərdən qalma məşqçilərin, onların yetirmələrinin bizə bəxş etdiyi oyunçuların böyük əksəriyyəti bu ölkənin idmanı üçün heç nə verməyiblər: futbolda nəticələri sıfır, mənəvi səviyyələri isə sıfırın altında.
Yeri gəlmişkən, elə başa düşməyin ki, AFFA-nın Azərbaycana bu günə qədər gətirdiyi əcnəbi məşqçilərin hamısı gülməşəkərdir. Onların topasına bir quş qoymaq olar. Federasiya uşaq futboluna cavabdeh olan əcnəbiləri göndərməlidir, amma yerlərinə yenə xariciləri gətirməlidir. Çünki bizə dəmir intizam yarada biləcək məşqçilər lazımdır. Onda həm sayılırsan, həm də sevilirsən. Çox uzağa getməyəcəm, hamınız üçün tanınan iki futbol simasının - Arda Turan və onun uşaqkən məşqçisi olmuş, hazırda “Qəbələ” futbol akademiyasında işləyən Halim Fıçıcının üzərində dayanıram.
Ötən il Halim hocanın Madridə gəldiyini bilən Arda dərhal ona baş çəkir, “Atletiko”nun oyununa baxmaq üçün “Visente Kalderon” stadionundakı VİP-lojada ona yer ayırır, ona və “Qəbələ” klubunun nümayəndələrinə yüksək ehtiram göstərir. Verdiyi açıqlamalarda isə Arda Halim Fıçıcının adını minnətdarlıqla xatırlayır.
Türk futbolçusu ona futbol dərsi və tərbiyəsi vermiş insanlara “Hocam” (müəllimim, ustadım) deyə xitab edir. Çünki o məşqçi öz yetirməsini həm futbolçu, həm də adam edib.
Azərbaycan futbolçusu isə... (yenə də mütləq əksəriyyəti) özlərinin uşaq futbol məşqçilərini adam saymır, onları görəndə üzünü çevirir, öz aralarında məsxərəyə qoyur. Bunu görən məşqçi (məşqçilər) isə qəzetlərə müsahibə verib deyir: “Ayıb olsun ona, öz müəllimini yada salmır”.
Bəli, bizim futbolçuya ayıb olsun, nanəcibdilər, üzərlərində əziyyəti olanları tez unudurlar. Amma maraqlıdır: niyə? Niyə Arda və başqa ünlü türk futbolçuları Halim hocanı, digər müəllimlərini xoş hislərlə xatırlayır, bizimkilər isə müəllimlərindən söz düşəndə onları ələ salır?
Səbəb sadədir: türklər (ruslar, ukraynalılar, gürcülər) futbolçu-şəxsiyyət yetişdirib, bizlər isə futbolçu-təlxək.
Aydın BAĞIROV, Qol.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Zirə” və “Birbaşa Bakı”dan növbəti qələbə
- “Ağ-qaralar”ın “Black Friday”i
- Azərbaycan derbisinə sözardı
- Fariz Nəcəfov: “Razı olmaram ki, “Qəbələ”yə görə idman prinsipləri pozulsun”
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- “Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı olub
- ETOPAZ - uduşun təminatı!
- “Zirə”dən alqışlanası addım
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Elxan Məmmədov “Reuters”ə danışdı: “Yeni təcrübə imkanı qazanacaqlar”
- Rövnəq Abdullayev Ağsu şəhər stadionuna baxış keçirib
- Şahin Diniyev: “Nəticə baxımından uduzduq, oyun baxımından deyil”
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Yaşar Seyidov: “Yeni dövlət proqramı futbolun inkişafına zəmin yaradacaq”
-
17:56
Ağırlıqqaldıranlar üçün antidopinq seminarı keçirilib
-
17:45
Azərbaycan Premyer Liqasında 4 oyun üçün hakim təyinatları
-
17:24
Millimizin braziliyalı baş məşqçisi Avropa çempionatına vəsiqəni hədəfləyir
-
17:09
“Səbail” növbəti mövsümə aşağı diviziondan başlayacaq?
-
16:32
"Böyük İpək Yolu"nun qalibi: "Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi"
-
16:11
“Qarabağ” qızıl medalları bu tur təmin etsə, çempionluq kubokuna nə vaxt qovuşacaq?
-
15:53
Azərbaycan boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb
-
15:07
Azərbaycan millisinin baş məşqçisi: "Komandamızın səviyyəsini gördük"
-
14:28
"Neftçi"nin heyətində 2 itki
-
14:00
"Turan Tovuz" məşqlərini davam etdirir FOTOLENT
-
13:46
Azərbaycan millisinin Avropa çempionatında potensial rəqibləri məlum olub
-
13:34
Millimizin kapitanı: “Azərbaycan xalqı bizdən nəticə gözləyir”
-
13:15
Ağabala Ramazanov qayıtdı - FOTO
-
12:57
"Sumqayıt"da üzlər gülür FOTOLENT
-
12:39
Azərbaycan minifutbol çempionatı: 1/4 final cütləri müəyyənləşib
-
12:25
Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər
-
12:12
Millimizin üzvü İndoneziya klubunda
-
11:58
Azərbaycan millisi "Qalatasaray"a qalib gəlib
-
11:03
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
-
10:46
Minifutbol çempionatı: pley-offun bütün iştirakçıları müəyyənləşdi
-
10:24
"Zirə"nin hücumçusu Burkino Fasoya qarşı oynadı
-
10:11
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub FOTOLENT
-
09:59
Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib
-
09:47
"Neftçi" "Qəbələ" səfərinə hazırlaşır FOTOLENT
-
09:30
Azərbaycan cüdoçuları Almaniyada təlim-məşq toplanışlarına qatılıblar
-
18:07
“Neftçi”yə lazım olmayan hücumçu "Mölde"də
-
17:51
"Selcan Mahsudovanın uğuru bizi qürurlandırır"
-
17:25
Azərbaycan millisi beynəlxalq turniri 9 medalla başa vurub
-
16:48
Hakimlər üçün seminar keçirilib
-
16:36
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
-
16:19
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
-
16:13
AFFA hakimin şərəf və ləyaqətini alçaldan məşqçini futboldan uzaqlaşdırdı
-
15:54
"Şəmkir"in futbolçusundan baxımlı qol VİDEO
-
15:22
Azərbaycan gimnastı: “Olimpiadaya lisenziya qazanmaq uşaqlıq arzum idi”
-
15:01
Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb
-
14:48
Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
-
14:35
Azərbaycan Voleybol Federasiyası daha bir layihəyə başlayacaq
-
14:17
II Liqada 5 turun oyun cədvəli açıqlandı
-
13:56
PFL rəsmilərinin son durumu açıqlandı
-
12:20
IV Avropa Oyunları İstanbulda keçiriləcək
-
11:49
"Azərreyl"in üzvü: "Hədəfimiz pley-offda uğurumuzu davam etdirməkdir"
-
11:32
Lunyov: “2-5 mövsüm yaxşı səviyyədə oynaya bilərəm”
-
11:14
"Zirə"dən ardıcıl 15-ci qələbə
-
10:51
AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
-
10:28
Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
-
10:03
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
-
09:47
Benzia bu dəfə dubl etdi VİDEO
-
09:30
Gürcüstanın tarixi qələbəsi VİDEO
-
21:24
Millimiz Ukrayna ilə bacarmadı VİDEO
-
18:48
Samir Əliyev: "Mənim yerimdə kim olur-olsun, çətin məsələdir"