28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Simurq” - “Bakı”: Kalonas keçmiş komandasına qarşı

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Bakı” Zaqatalada “Simurq”la qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, qış fasiləsində Kamran Ağayev, Rəhman Hacıyev və Mindauqas Kalonasla yollarını ayıran bakılılar, yalnız I Divizion təmsilçisi “Lokomotiv”dən Tural Qürbətovu heyətinə cəlb edib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ikinci yarısını “Simurq”da çıxış edəcək Kalonas 7 qolla cari mövsümün ən sərrast futbolçularındandır.

26.11.2006 Simurq (Zaqatala) - Bakı 0:0

18.05.2007 Bakı - Simurq (Zaqatala) 3:2

07.10.2007 Bakı - Simurq (Zaqatala) 1:1

13.04.2008 Simurq (Zaqatala) - Bakı 0:0

16.11.2008 Simurq (Zaqatala) - Bakı 2:1

02.05.2009 Bakı - Simurq (Zaqatala) 1:0

12.09.2009 Bakı - Simurq (Zaqatala) 1:2

13.12.2009 Simurq (Zaqatala) - Bakı 1:2

19.09.2010 Simurq (Zaqatala) - Bakı 1:1

05.12.2010 Bakı - Simurq (Zaqatala) 0:1

14.08.2011 Bakı - Simurq (Zaqatala) 0:0

20.02.2012 Simurq (Zaqatala) - Bakı 0:2

10.08.2012 Bakı - Simurq (Zaqatala) 0:0

22.02.2013 Simurq (Zaqatala) - Bakı 0:0

30.03.2013 Simurq (Zaqatala) - Bakı 0:1

28.04.2013 Bakı - Simurq (Zaqatala) 2:1

24.08.2013 Simurq (Zaqatala) – Bakı 0:3

01.11.2013 Bakı - Simurq (Zaqatala) 3:2

Bu komandalar arasında keçirilən oyunlarda “Bakı”nın aşkar üstünlüyü var. 8 dəfə qələbə qazanan bakılılar, cəmi 3 dəfə rəqibinə məğlub olub. Digər 7 oyun isə heç-heçə başa çatıb.

Qeyd edək ki, “Simurq”un 3 qələbəsindən yalnız biri ev oyununa təsadüf edib. Zaqatalalılar ev sahibi olduğu son 4 oyunda “Bakı”nın qapısına yol tapa bilməyiblər. “Simurq”un “Bakı” üzərində son qələbəsi isə 2010-cu ilin sonlarına təsadüf edir.

Turnir cədvəlində rəqibindən 5 xal irəlidə olan paytaxt klubu son turda “Rəvan”ı 5-1 hesabı ilə məğlub edib. “Simurq” isə səfər oyununda “Neftçi”yə 0-3 hesabı ilə uduzub. “Bakı”nın heyətində Ruben Qonzalez cəza səbəbindən “Simurq”la oyunu buraxacaq. “Simurq” indiyədək topladığı xalların demək olar ki, yarısını ev oyunlarında qazanıb - 12 xal, 3 qələbə, 3 heç-heçə. “Bakı” isə cari mövsümdə “Sumqayıt” və “Rəvan”dan sonra səfərdə uğursuz çıxış edən üçüncü komandadır – 9 oyunda 8 xal (2 qələbə, 2 heç-heçə).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31