18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Adrian Pit Lənkərana göndərildi

Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində öz meydanında “Neftçi”ni qəbul edəcək “Xəzər Lənkəran”, qarşıdakı matça itkilərlə çıxacaq. Futbolxeber.az-ın məlumatına görə, Lənkəran təmsilçisinin üzvü Adrian Pit “Neftçi” ilə oyunda forma geyməyəcək. Rumın futbolçu hazırda zədədən əziyyət çəkir. Onun “Neftçi”yə qarşı oynayamayağı dəqiqdir. Bu səbəbdən də rumın futbolçu artıq hazırda Bakıda məşqlərini davam etdirən komandanın heyətindən kənarda qalıb. Məşqçilər korpusu Piti Lənkərana göndərib.

Pitdən fərqli olaraq Elnur Abdullayev “Neftçi” ilə görüşü cəzalı olduğuna görə buraxacaq.

“Xəzər Lənkəran”ın digər zədədən əziyyət çəkən futbolçusu Zoahir Benuahinin isə durumu qeyri-müəyyəndir. Onun “Neftçi” ilə matçda meydana çıxıb-çıxmayacağı hələ bəlli deyil. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30