29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

"İcraiyyə Komitəsinin bu qərarı dəyişilməsə, xeyli sayda futbolçu küçədə qalacaq"

 

Bu gün klub radiosunun qonağı olan "İnter"in prezidenti Georgi Nikolov maraqlı fikirlər səsələndirib. Futbolxeber.az-ın məlumatına görə, Nikolov Premyer Liqanın formatının dəyişdirilməsindən razı qalıb: "Əgər, biz inkişaf etmək istəyiriksə, çalışmalıyıq ki, futbolçularımız çox oynasınlar. Futbolçu üçün ən yaxşı məşq elə oyundur. Bu halda peşəkar futbolçular özlərini daha yaxşı tərəfdən göstərmək imkanı qazanacaqlar. Mövsüm ərzində 36 matçda forma geymək yalnız futbolçuların xeyrinə olacaq. Bəziləri deyir ki, 16 komandalı çempionat olsun. Hardan tapacağıq 16 komandanı? Hamımız görürük ki, "Turan", "Kəpəz" kimi ənənələri, güclü azarkeşləri olan komandalar indi maliyyə problemləri yaşayırlar. Premyer Liqada komanda saxlamaq çətindir. Birinci divizonun lazım olub-olmaması haqda danışmaq istəmirəm. Sonuncu dəfə Premyer Liqaya birinci diviziondan "Abşeron" yüksəldi. Lakin sonradna komanda dağıldı və onları yeddinci yeri tutan "Sumqayıt" əvəzlədi. Bunun səbəbləri haqda danışmaq çətindir".

Georgi Nikolov İcraiyyə Komitəsinin son iclasında 1-ci divizionda yeni mövsümdən bir komandanın əsas heyətində 21 yaşadək olan 8 futbolçunun olması haqda qəbul edilən qərara qarşı çıxıb: "Bu halda 22 yaşı olan futbolçu nə etməlidir? Bu çox emosional qərar idi. Oyunçular 22 yaşından sonra nə edəcəklər? Onlar hara getməlidirlər? Bəlkə də bu qərarı qəbul edərkən futbolçuların daha arzulu, daha ambisiyalı olmaq istəmələrini düşünüblər. Amma reallığı nəzər alsaq, bu, qeyri-mümkündür. Bu qərar dəyişilməsə, xeyli sayda futbolçu küçədə qalacaq". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31