19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Hafiz Məmmədovu tənqid edənlərin futbol anlayışı yoxdur"

“Bakı”nın icraçı direktoru Yaşar Seyidovun müsahibəsi

- Eşitdiyimizə görə, “Bakı”nın “Lans”da olan beş futbolçusundan ikisi geri qayıdıb. Bu nə ilə bağlıdır?

- “Bakı”nın baş məşqçisi Milinko Pantiç Nicat Əsgərov və Namiq Ələsgərovun əsas komandanın sırlarına qoşulmasını istədi. Məhz buna görə bu iki futbolçu vətənə qayıtmalı oldu.

- Bəs, qalanları ilə bağlı vəziyyət necədi?

- Hal-hazırda Mahir Mədətov, Valeh Seyidov və Ülvi Süleymanov “Lans”da məşqlərini davam etdirirlər. Orada onların yalnız olmaması üçün Məqsəd Yaqubəliyev və bir neçə mütəxəssimiz də Fransadadı. Hər şey qaydasında gedir. Yerli məşqçilər də hər üç futbolçunun səviyyəsindən razılıq edirlər. Miqrasiya ilə bağlı bütün sənədlər hazır olduqdan sonra gənc futbolçularımız “Lans”ın U-19, gənclər və təcrübə toplayandan sonra əsas komandasında çıxış edəcəklər.

- Premyer Liqada “Rəvan”la matçı izləyənlər arasında “Bakı”nın prezidenti Hafiz Məmmədov da var idi. Komandanın indiki durumu onu qane edirmi?

- Əlbəttə, Hafiz müəllim həm komandanın çıxışından, həm Milinko Pantiçin işindən çox razıdı. Mətbuatda yanlış məlumat yazanlar bilməlidirlər ki, Pantiçin arxasında Hafiz Məmmədov dayanıb. O, Pantiçi “Atletiko”dan özü gətirib və sona qədər onun uğurlu olması üçün hər şey edəcək.

- “Bakı”nın qış fasiləsində yeni transferlər etməməsini pulsuzluqla əlaqələndirirlər. Klubun maddi durumu həqiqətənmi bu qədər pisdir?  

- Bu məlumatlar həqiqətə uyğun deyil. Biz transferləri baş məşqçi Pantiçin təqdimatına uyğun həyata keçiririk. Pantiç indiki durumda yeni transferlərin olmasını məsləhət bilmədi. Onun istəyi olduğu məqamda yeni transferlər reallaşacaq. Ümumiyyətlə son zamanlar “Bakı” və Hafiz Məmmədovla bağlı bir çox xəbərlər yazılır. Lakin onu bilin ki, Hafiz Məmmədovu tənqid edənlərin futbol anlayışı yoxdur.

- “Bakı” ilə lider “Qəbələ” arasında 8 xal fərq var. İlk pillə ilə arada yaranmış xal fərqinin aradan qalxmasını nə qədər mümkün sayırsız?

- İnanıram ki, qısa zamanda çoxlu xal toplayıb çempionluq və kubok iddiamızı ortaya qoyacağıq.

 


sportal.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30